Icma.az
close
up
RU
Ana südünün əhəmiyyəti

Ana südünün əhəmiyyəti

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu "təbiət fenomeni" kimi qiymətləndirirlər.

Ən müasir və bahalı süni uşaq qidasının tərkibi ana südünün tərkibinə hətta "yaxınlaşa bilməz".

Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam ifşa olunmayıb. Hal hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər! Ana südünün tərkibi daim dəyişilir - əmizdirmənin əvvəlində süd daha "suludur", axırında isə daha yağlıdır; gecə saatlarında günorta saatlarla müqayisədə süd daha yağlı olur; uşaq böyüdükcə südün mineral tərkibi də dəyişilir.

Yenidoğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı hələ ki mükəmməl şəkildə həzm edə bilmir. Ana südü bu problemi də həll edir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də var. Məhz bu fermentlər uşaq orqanizminə yağları, karbohidratları və s. maddələri həzm etməyə kömək edir. Beləliklə, ana südü sözün əsl mənasında özü özünü həzm etdirir. Dünyada uşaq üçün ana südü kimi daha asan və rahat mənimsənən qida yoxdur.

Südün əsas tərkib hissəsini su (80% artıq) təşkil edir. Lakin bu adi su deyil, bu bioloji aktiv sudur. Bu su uşağın orqanizmi tərəfindən tam mənimsənilir və onun suya olan ehtiyacını tam ödəyir. Hətta isti yay günlərində tez-tez əmizdirilən körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə  su, çay və s. mayeləri verməyə tövsiyə etmir (bu qayda yalnız kəskin susuzlaşma ilə müşayiət olunan xəstəliklər zamanı pozula bilər).

Ana südünün növbəti vacib komponenti - karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Laktoza uşağın inkişafında böyük rol oynayır. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün də çox vacibdir. Bundan əlavə ana südündə olan laktoza uşağın bağırsaqlarında lakto- və bifidobakterilərin əmələ gəlməsini stimullaşdırır. Lakto- və bifidobakterilər isə bağırsaqlara düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Yalnız ana südü ilə qidalandırılan körpənin bağırsaqlarının mikroflorasında lakto- və bifidobakterilər 95%-dən artıq təşkil edir.

Ana südünün tərkibində, təbii ki, yağlar da var. Ana südündə xüsusi əvəzsiz yağ turşuları var ki, onlar uşağın inkişafı üçün (xüsusilə beyinin və bağırsaqların inkişafı üçün) olduqca vacibdir.

Ana südünün tərkibində olan zülallar yağlarla müqayisədə daha çoxdur. Zülalların səviyyəsi uşaq böyüdükcə tədricən azalır. Məsələ burasındadır ki, zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olunması böyrəklər üçün ziyanlıdır ki, bu nəticədə insan orqanizmində  metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəlik və pozulmalara (şəkərli diabet, piylənmə və s.) yol açır.

Qidalı maddələrdən əlavə ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ən əsası isə odur ki, bütün bu maddələr, praktik  tam olaraq uşaq orqanizmi tərəfindən mənimsənilir. Məsələ burasındadır ki, bütün bu mikroelementlər ana südündə xüsusi zülallarla bağlıdır ki, məhz bu səbəbdən orqanizm onları asanlıqla mənimsəyir. Müqayisə üçün deyə bilərik ki, qida məhsullarından insan orqanizmi vitamin və mikroelementlərin yalnız müəyyən kiçik faizini mənimsəyə bilir.

- Ana südü tək qida deyil. Ana südünün qoruyucu funksiyası da var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim - təbii "antibiotik"; makrofaqlar - mikrobları məhf edən xüsusi hüceyrələr; ananın həyatı boyu keçirilmiş xəstəliklərə qarşı olan  anticismlər. Beləliklə, ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə alır.

Çoxdan sübut olunmuşdur ki, ana südü ilə qidalandırılan uşaqlar süni qida alan uşaqlarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər, allergiyalarla üzləşir. Vaxtdan tez doğulmuş, azçəkili, zəif körpələr üçün təbii qidalanma (ana südü ilə) olduqca vacibdir.

- Qidalı maddələr və immun faktorlardan əlavə ana südündə spesifik maddələr (hormonlar, inkişaf faktorları və s.) vardır ki, bu maddələr ən yaxşı və bahalı süni uşaq qidasında yoxdur. Onlar ana südünə mikroskopik dozalarla daxil olunduğuna baxmayaraq, məhz bu bu maddələr uşağın mükəmməl fiziki və əqli inkişafını təmin edir.

- Həkimlərin fikirinə görə, təbii qidalandırılma nəinki körpənin normal inkişafını təmin edir, hətta müxtəlf xəstəliklərin ən yaxşı profilaktik üsuludur. Belə ki, məhz ana südü ilə qidalandırılma piylənmə, allergiyalar, ateroskleroz, müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet, bədxassəli şişlər, stomatoloji problemlər və s. xəstəliklərinin uzun illər sonra inkişaf etməsinin qarşısını alır. Müasir araşdırmalar sübut edir ki, ana südü ilə qidalandırılma hipertoniyanın və ürəyin işemik xəstəliyinin inkişafının riskini azaldır.

- Nəticədə bir neçə vacib şeyləri nəzərinizə salaq. Ana südü ana və onun körpəsi üçün müftədir. Süni süd qarışıqlarının qiyməti isə kifayyət qədər yüksəkdir. Uşaq böyüdükcə onun süni südə olan tələbatı artır və bu cavan ailənin büdcəsinə ciddi zərbə vurur.

Ana südü defisit ola bilməz. Lakin süni süd qarışığı defisit ola bilər.

Ana südü yalnız çox nadir hallarda uşaqda allergiyaya səbəb ola bilər. Süni süd qarışıqları isə əksinə tez-tez allergiyalara səbəb olur. Bəzi uşaqlara ümumiyyətlə, demək olar, heç bir süd qarışığı uyğun gəlmir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri