Icma.az
close
up
RU
Ana Vətən Partiyası fəaliyyətini dayandırır?

Ana Vətən Partiyası fəaliyyətini dayandırır?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftənin şənbə günündə Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.

Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər.

Bu açıqlamalar partiya daxilində yaranmış ikili rəhbərlik görüntüsünü daha da dərinləşdirib. Sosial mediada və siyasi dairələrdə Ana Vətən Partiyasının gələcək fəaliyyəti ilə bağlı müxtəlif ehtimallar səsləndirilməyə başlayıb. Bəzi müşahidəçilər hesab edirlər ki, baş verənlər partiyanın parçalanmasına və hətta fəaliyyətinin tam dayanmasına gətirib çıxara bilər.

Partiya nizamnaməsinə görə, sədr seçkiləri yalnız qurultayın yekun iclasında rəsmiləşdirilə bilər. Lakin hazırkı vəziyyətdə Fəzail Ağamalı ailəsi ilə Elçin Ağamalı arasında fikir ayrılıqları bu prosesi qeyri-müəyyən vəziyyətə salıb. Ekspertlər bildirirlər ki, yaranmış qarşıdurma yalnız şəxsi mübarizə deyil, həm də partiyanın gələcək siyasi xəttinə kimin nəzarət edəcəyi məsələsini gündəmə gətirib.

Beləliklə, Ana Vətən Partiyası hazırda rəsmi sədrin kim olması ilə bağlı aydınlıq gətirilməyən, daxili böhran mərhələsindədir və bu böhranın necə nəticələnəcəyi yaxın günlərdə bəlli olacaq.

Modern.az-a açıqlamasında Elçin Ağamalı bildirib ki, qurultay başa çatıb və artıq bununla bağlı videomateriallar hazırlanıb Ədliyyə Nazirliyinə təqdim olunacaq:

“Qurultayın qeyri-müəyyən vaxta qədər təxirə salınması qarşı tərəfin iddiasıdır. Qurultay üzvlərinin bir qismi iclası tərk etdi, çoxluq isə qurultayın işini davam etdirdi. Təşkilati məsələlərə baxıldı. Partiya sədri, sədr müavini seçildi. İşimizi başa çatdırdıq. Qurultayın işinin sona çatdırılmasını isbat edən videoçəkilişlər var. Biz sənədlərimizi, videogörüntülərimizi Ədliyyə Nazirliyinə də təqdim edəcəyik. Qurultayın nəticələrinin hüquqi cəhətədən tanınması üçün lazımi bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

E.Ağamalı partiyanın fəaliyyətinin dayandırılacağı ilə bağlı fikirlərə isə belə cavab verib:

“Partiyanın fəaliyyənin ləğv olunması ilə bağlı heç bir müzakirə aparmırıq. Partiyanın fəaliyyətini dayandırması qurultayın səlahiyyətində olan  məsələdir. Yeni qurultayın keçirilməsi gündəmdə deyil. Bu məsələnin heç bir ciddi əsası yoxdur”.

Elçin Ağamalının atasının və bacısının partiya üzvlüyündən çıxarılıb-çıxarılmayacağı barədə suala isə belə cavab verib: “Heç  kimi partiyadan uzaqlaşdırmaq niyyətimiz yoxdu. Ədliyyə Nazirliyi sənədlərimizi təsdiq etdikdən sonra mən qarşı tərəfə müraciət edəcəm. Lazım gəlsə, mənim əleyhimə səs verən, amma partiya işində çox dəyərli olan şəxslərin də partiya rəhbərliyi işinə cəlb olunub, fayda göstərməsi üçün onlara müraciət edəcəm. Qarşı tərəfə heç bir ədavət güdmürəm. Bu siyasi fəaliyyətdir, fikir ayrılığı ola bilər. Fikir ayrılığını da hər kəs bir cür dilə gətirə bilər. Qarşı tərəf də meydana gələn fikir ayrılığına bu cür reaksiya göstəriblər, bunda da uyğun bilməsəm də hörmətlə yanaşıram. Kiminsə partiyadan çıxarılması,ədavət güdülməsindən söhbət gedə bilməz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri