Icma.az
close
up
RU
Anadangəlmə lal və əqli geriliyi olan Zərdab sakininin pensiyası kəsilib DEDİLƏR Kİ, SUALLARIMIZI CAVABLANDIRA BİLMİR

Anadangəlmə lal və əqli geriliyi olan Zərdab sakininin pensiyası kəsilib DEDİLƏR Kİ, SUALLARIMIZI CAVABLANDIRA BİLMİR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zərdab rayonu, Qoruqbağı kənd sakini Xəlilova Yəmən Vahid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlunun əlillik pensiyası haqsız yerə kəsilib:

“Mən, Xəlilova Yəmən Vahid qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, oğlum Xəlilov Elvin İkrəm oğlu Ağcabədi rayonu, Şənlik kəndində yaşayır. 25 yaşı var. 24 ildir anadangəlmə əlildir. Yəni lal olmaqla yanaşı, əqli geriliyi var.

Oğlumda xəstəlik irsidir. Yoldaşım da oğlum kimi lal idi. Yoldaşım rəhmətə gedib. Özüm də onkoloji xəstəyəm. Bir uşağım var. 

2024-cü ildə oğlum 2 dəfə Əlillərin Bərpa Mərkəzində olub. Əlillik pensiyası vermədilər. Bildirdilər ki, bizim sualları cavablandıra bilmir.

Laldır, əlillik vermirsiz, danışan adama niyə əlillik versinlər? Bizə dedilər ki, məhkəməyə müraciət edin".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirildi ki, Ağcabədi rayon sakini Xəlilov Elvin İkrəm oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 18.09.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib: 

"Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib".

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri