NATO: Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“NATO normallaşma prosesində son inkişafları alqışlayır və Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq və davamlı sülh sazişinə nail olmaq istiqamətində atdıqları bütün konstruktiv addımları dəstəkləyir”.
Bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.
Onun sözlərinə görə, bu, Qara dəniz regionu üzrə sabitlik üçün əsas əhəmiyyət daşıyır: “Biz bu prosesin birbaşa iştirakçısı deyilik, lakin münaqişələrin həllinə töhfə verən müttəfiqlərimizin səylərini hər zaman yüksək qiymətləndirmişik və dəstəkləmişik. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda və region üzrə əlaqəliliyin açılmasında mühüm mərhələ kimi qiymətləndiririk. Bu isə öz növbəsində regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək, region ölkələri ilə NATO arasında tərəfdaşlıqları daha da möhkəmləndirəcək”.
Aleksandr Vinnikov qeyd edib ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir: “Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.
Gələcəyə baxdıqda, bu potensialın tam reallaşdırılması hərtərəfli, davamlı və qarşılıqlı qəbul edilən sülhə yönəlmiş ardıcıl səylərlə dəstəklənə bilər. Məhz buna görə Azərbaycan və Ermənistanı sülh sazişinin imzalanması, ratifikasiyası və tam icrası istiqamətində irəliləməyə təşviq edirik. Bu, Azərbaycanın regionun digər ölkələri ilə birlikdə Cənubi Qafqaz üzrə sabitliyin, əlaqəliliyin və əməkdaşlığın gücləndirilməsinə, kooperativ təhlükəsizlik prinsiplərinə uyğun şəkildə, tam diqqət ayırmasına imkan verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















