Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Analitik: Qarşılıqlı inam və etimad çox önəmlidir

Analitik: Qarşılıqlı inam və etimad çox önəmlidir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

 Məsud Pezeşkian da bu istiqamətdə çox çalışır

 

Gözləntimiz odur ki, İran və Azərbaycan arasında yaranmış isti münasibət uzun müddət davam etsin və pozulmasın

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. XİN başçıları arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar müzakirə edilib. Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub. İki ölkə Prezidentlərinin arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlıq əlaqələrimizə yeni təkan verdiyi vurğulanıb. Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib. Görüşlər zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və aramızdakı coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib. Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunularaq, iki ölkənin Prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılması xalqlarımız arasında təmasların təşviqinə töhfəsi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, YUNESKO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də 3+3, və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib. Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb. Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə qarşı tərəfə məlumat verilib. Sonra birgə mətbuat konfransı keçirilib. Nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir. Onun sözlərinə görə, cənab Ceyhun Bayramovla ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə müzakirələr aparılıb, regional və beynəlxalq mövzular müzakirə edilib: "Azərbaycan və İran həmişə dialoqu açıq və mehriban şəkildə həyata keçirib". O, iki ölkənin ortaq cəhətlərinin çox olduğu kimi, fikir ayrılıqlarının da olduğunu təbii hesab edib: "Bunu dialoqla həll etmək yolunu tutmuşuq". Həmçinin, qeyd edib ki, Tehran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir: "İran və Azərbaycan arasında konnektivliyin artırılması müzakirə mövzularımız arasında oldu. İran "3+3" formatını dəstəkləyir və biz bunu həmişə dəstəkləmişik. Bu mexanizm regionda sabitlik, sülh və inkişafa xidmət edir".

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg,az-a deyib ki, müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycan cənub qonşusu İranla normal qonşuluq münasibətləri qurmağa cəhd göstərir. Ekspert bəyan edib ki, iki ölkə arasında yaranmış problemlər bir qayda olaraq İranın atdığı addımlar səbəbindən baş verib:

"İranın Azərbaycan ərazilərinin işğalına qarşı qəti mövqe ortaya qoymaması, çətin gündə Ermənistan üçün nəfəslik rolunu oynaması, İrəvana hər cür yardım göstərməsi uzun müddət Bakı-Tehran əlaqələrinin normallaşmasına imkan verməyib. Xüsusən, 44 günlük müharibədən sonra Azərbaycanı müxtəlif məsələlərdə günahlandırması, sərhədlərdə təlimlər keçirməsi, Bakıya güc nümayiş etdirməsi, ölkəmizdə guya hansısa dövlətin kəşfiyyat mərkəzinin olması barədə iddialar söyləməsi və s. məqamlar ikili münasibətlərdə gərginliyə səbəb olub. İran rəhbərləri də bəzən münasibətlərimizin soyumasına səbəb olan addımlar atıblar. Ancaq mövcud durumu dəyişməyə cəhd edən dövlət başçılarına da rast gəlmişik. Bundan əvvəlki mərhum Prezident İbrahim Rəisi Azərbaycan-İran sərhədinə gələrkən əlaqələrin düzəlməsi üçün əlindən gələni edəcəyini demişdi. Çox təəssüf ki, qəza baş verdi və Rəisi həyatını itirdi".

A.Səmədov vurğulayıb ki, Məsud Pezeşkian da bu istiqamətdə çox çalışır:

"Ancaq bir reallığı unutmayaq ki, İranda əsas hakimiyyət dini liderə məxsusdur və onun ətrafındakı insanlar Tehran-Bakı münasibətlərinin normallaşmasına mane olmaq üçün əllərindən gələni edirlər. Buna rəğmən, Pezeşkian hökuməti əlaqələri düzəltmək yönündə bir sıra addım atır, cəhdlər göstərir. Hələlik münasibətlərdə müsbətə doğru dəyişikliklər aydın şəkildə hiss olunur. Ümid edirik, indiki vəziyyət uzun sürər. Çox hallarda isti münasibətlərin ömrü az olur və İran rəsmilərinin neqativ bəyanatları əlaqələrin yenidən korlanmasına yol açır. Ələlxüsus, İranın Ermənistandakı səfirliyi, SEPAH rəsmiləri daha çox fəallıq nümayiş etdirirlər. Gözləntimiz odur ki, İran və Azərbaycan arasında yaranmış isti münasibət uzun müddət davam etsin və pozulmasın. Təbii ki, bunun üçün qarşılıqlı inam və etimad çox önəmlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri