Icma.az
close
up
RU
Analitik: Ukraynaya yardım Aİ daxilində fikir ayrılıqlarını daha da dərinləşdirəcək

Analitik: Ukraynaya yardım Aİ daxilində fikir ayrılıqlarını daha da dərinləşdirəcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynadakı münaqişəyə həddən artıq bağlılıq göstərməkdə ittiham olunur.

Bu barədə "The European Conservative" nəşri yazır.

Nəşr vurğulayıb ki, Aİ ölkələrinin bir qismi artıq Kiyevə yardım mövzusundan yorulduğu halda, fon der Leyen əksinə, bu xətti israrla davam etdirir.

"The European Conservative" xatırladır ki, fon der Leyen bir müddət əvvəl Ukraynaya maliyyə dəstəyi üçün 140 milyard avroluq kredit ayrılacağını, bu vəsaitin isə yalnız Rusiya reparasiyaları ödədiyi halda geri qaytarılacağını bildirmişdi. TEC-in fikrincə, bu, praktiki olaraq Ukraynanın borc yükünün artması və Avropa vətəndaşları üçün əlavə maliyyə yükü deməkdir.

Məqalədə qeyd olunur ki, fon der Leyenin ritorikası “Avrokomissiyanın şərqdəki münaqişəyə siyasi aludəçiliyini” nümayiş etdirir, halbuki Avropada həm sosial, həm də büdcə baxımından yorğunluq açıq şəkildə hiss olunur.

Nəşrin müəllifləri qeyd edir ki, Ukraynaya yardım məsələsi Aİ daxilində siyasi birliyi zəiflədir və mövqeləri parçalayır.

Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Ukraynaya yardım məsələsi artıq Avropa İttifaqı ölkələri arasında ciddi fikir ayrılıqları yaradan həddə çatıb:

"Bir sıra ölkələr açıq şəkildə bu yardımın göstərilməsinə qarşı çıxırlar. Xüsusilə də, Vişegrad ölkələri – Macarıstan, Polşa, Çexiya və Slovakiya bu yükün artıq həddindən çox olmasını vurğulayırlar. Eyni narazılıqları İtaliya və İspaniya kimi birliyin digər ölkələrində də görmək mümkündür. Sadəcə, hələlik Fransa və Almaniya bu məsələdə davamlılıq nümayiş etdirirlər. Digər tərəfdən, ödənişin və məsuliyyətin hansı qaydada bölüşdürüləcəyi ciddi sual doğurur. Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsində də müəyyən risklər mövcuddur. Çünki bu aktivlərin böyük hissəsi Brüsseldə saxlanılır və Belçika hökuməti onların yönləndirilməsində ehtiyatlı davranır. Belçika anlayır ki, birincisi, bu addım onların birbaşa Rusiyanın hədəfinə çevrilməsinə səbəb ola bilər. İkincisi isə, Avropa iqtisadiyyatının və Almaniya maliyyə sisteminin etibarlılığına xələl gətirə bilər. Belə olan halda digər ölkələr də Avropa maliyyə sisteminə etibar etməyəcəklər. Bununla yanaşı, Çin artıq alternativ maliyyə sistemi üzərində çalışır. Üçüncü məqam isə budur ki, Rusiya həmin aktivləri Belçikadan və Almaniyadan geri tələb edə bilər. Makron “bu ödənişlər Rusiyanın hesabına ediləcək” deyəndə, Donald Tramp açıq şəkildə “Rusiya bunları qəbul edəcəkmi, ona baxmaq lazımdır” demişdi. Bu da göstərir ki, Rusiyaya qarşı aktivlərin müsadirəsi ilə bağlı Qərbdə birlik yoxdur. Trampın mövqeyi də Rusiyanın aktivlərinin müsadirəsində inamsızlıq olduğunu ortaya qoyur. Belə olan halda, 340 milyardlıq yardım paketinin hansı hesabdan ödəniləcəyi böyük sual altındadır. Aydın görünür ki, heç bir ölkə Rusiyanın bütün aktivlərini tam şəkildə müsadirə edə bilmir. Ursula fon der Lyayen də bildirmişdi ki, belə olan halda, bu vəsait Rusiya tərəfindən ödəniləcək reparasiyalara yönəldilə bilər. Lakin bu məsələnin reallaşması çox şübhəlidir. Reparasiya beynəlxalq hüquqa görə yalnız müharibə törədən ölkənin öhdəliyidir. Sual isə budur: Rusiya birinci növbədə özünü “müharibə tərəfi” kimi tanıyacaqmı? Hələlik hüquqi müstəvidə bu görünmür. İkinci olaraq, Rusiya zəif duruma düşmək üçün belə bir məsuliyyəti qəbul edəcəkmi? Bu da real görünmür. Əksinə, Rusiya Kiyevin danışıqlar mövqeyini təhdid edir, Ukrayna tərəfinin gələcəkdə daha sərt şərtlərlə üzləşə biləcəyini bildirir".

Analitik əlavə edib ki, reparasiya mexanizminin işlənməsi hazırda aktual deyil:

"Çünki bunun üçün Rusiya öz məsuliyyətini qəbul etməlidir və müharibə xərclərini ödəyiəcəyini bəyan etməlidir ki, bu da perspektivdə mümkün görünmür. Əksinə, Rusiya Ukraynadan əlavə tələblər irəli sürür. Nəticədə Ukraynanın borcu artacaq və bu yük əsasən Avropa ölkələrinin üzərinə düşəcək. Bu da həmin ölkələrin vergi ödəyicilərinin cibindən çıxacaq. Yardım məsələsi isə Aİ daxilində münasibətləri daha da gərginləşdirəcək. Çünki artıq bir çox üzv ölkələr Ukraynanın borclarını və yardımlarını ödəmək istəmirlər. Bu məsələ Aİ daxilində fikir ayrılıqlarını daha da dərinləşdirəcək və Birliyin siyasi rəhbərliyini çətin duruma salacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri