Icma.az
close
up
RU
Analitik: Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır

Analitik: Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir.

Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib.

Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək.

“Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”, - Oskanyan iddia edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.


Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ sülh sazişindən ayrıdır:


"Sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq dəhlizin açılması Azərbaycan üçün prioritet istiqamətdir. Sadəcə olaraq sülh sazişində müəyyən kommunikasiyalarla bağlı maddələr var.  Bəlkə məhz o maddə sayəsində Zəngəzur dəhlizinin açılması təmin oluna bilər. Həmçinin əlavə müzakirələrə də ehtiyac qalmaz. Digər tərəfdən sülh sazişi ləngisə və ya heç imzalanmasa da, Zəngəzur dəhlizi açılacaq. Çünki bunun labüdlüyünü Ermənistan da başa düşür. Bu gün Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin inkişafına məcburdur. Ermənistan Qərblə Rusiya arasında siyasi və hərbi poliqona çevrilib. Belə bir vaxtda Ermənistan üçün yeni bir təhlükəsizlik "çətiri" lazımdır. Bu isə məhz Azərbaycan və Türkiyə ola bilər. Prosesin reallaşması üçün isə regionda əməkdaşlıq mühitinə və iqtisadi əlaqələrin inkişafına ehtiyac var".


Şərhçinin fikrincə Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır:

"Bu müstəvidə həm sülh sazişinin imzalanması, həm də dəhlizin açılması ən çox Ermənistan üçün maraqlıdır. Çünki bu olmasa belə, Azərbaycan ərazi bütövlüyünü təmin edib və inkişaf etmiş dövlətdir. Ümumilikdə isə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan aqressiv mövqeyini davam etdirsə, perspektivdə nəqliyyat kommunikasiyalarının İran ərazisindən keçməsi reallaşa bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri