Icma.az
close
up
RU
“Anam 7 il yataq xəstəsi olub” Aynişan

“Anam 7 il yataq xəstəsi olub” Aynişan

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"20 il əvvəlki insanlar daha az aqressiv idilər. Baxmayaraq ki, çətin şəraitdə yaşayırdılar, hamımızda maddi problemlər var idi. Amma insanlar bir-birini daha çox dəstəkləyən, sevən idi, indi bir-birilərinin həyatını görürlər, insanlaırn içində paxıllıq, aqressiya artır. Paxıllıq çox pis duyğudur, o insana hər şeyi etməyə vadar edir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan "Pərvizə görə” verilişində deyib.


O, blogerlərin həyatının başqalarına qıcıq verməsi barədə danışıb:

"Təəssüf hissi ilə deyirəm ki, kişilərə də, qadınlara da çox pis təsir edir. Pis tərəfi odur ki, insanlar öz həyatlarını digərləri ilə müqayisə edir, aqressivləşir, həyat yoldaşı varsa, bütün əsəbini ondan çıxır. Halbuki çox ailə tanıyıram, bütün günü dalaşırlar, lakin instaqramda bunu göstərmirlər. İnstaqram sadəcə sürprizlərdən ibarətdir. Demək istəyirəm ki, onlara baxıb, məyus olmayın. Hər kəsin həyatında sizin yaşadıqlaırnız baş verir. Kimdəsə daha az, kimdəsə daha çox. İnsan hər şeyi paylaşmamalıdır. Özümdən götürüm bunu paylaşmıram. Paylaşmayanda deyirlər, bu insanın vecinə deyil. Lakin necə vecinə olmaya bilər? Seçimim budur ki, paylaşmırsan. Xoşbəxt dönəmimi də, pis hiss etdiyim dönəmi də paylaşmıram. Sadəcə pis bir dövr bitirsə, deyirəm, mən də özümü yaxşı hiss etmirdim. Yenə də səbəbini açıqlamıram. Hər çətinliyimizi bölüşməmələyik. İnsanlar onsuz da çətinlik yaşayır, pozitivlik görmək istəyir. Süni şəkildə, qıcıq yaradan pozitivlik yox. Normal, sakit, sıradan həyatını niyə də paylaşmayasan? Daimi problem yükləyən, drama sevən insanlar məni yorur. Hamımızda çətin dövr olub, istər maddi, istər sağlamlıqla bağlı..."

Aynişan, ağır günlərdən keçərək bu pilləyə gəlib çatdığını etiraf edib: 

"Bəzən, baxıb deyirlər ki, bəxtəvər nə vecinədir? Elə deyil axı, çox ağır günlər yaşamışam. Gözümü açmışdım, anam tək, mən tək. Anam xəstə yatırdı, 7 il yataq xəstəsi olub. Onların hamısından keçmişik. Balaca uşaq idim, xatırlayıram ki, dərd çəkirdim. Məhəlləyə düşürdüm, bütün uşaqlar əylənirdi, yarpaqların, küləyin əsməsinə baxıb fikirləşirdim ki, anam sağalacaq? Halbuki, dəcəllik edəcəyim yaş idi, lakin onu düşünəcək insan da yox idi. İstər maddi sıxıntılar, istər anamın sağlamlığı, istərsə də, mənim şəxsi həyatım. Fərqli-fərqli sıxıntılar yaşamışıq. Bunu hər dəfə insanlara deməklə heç nə dəyişməyəcək. Kim nəyə inanmaq istəyirsə, inanır, inanmaq istəmirsə, inanmır. Açığı mənə varlığından xəbərdar olmadığım insanın haqqımdakı pis düşüncəsi mənə maraqlı deyil. Bizi yaradan Allah belə misiyamız bitəndən sonra sorğu-sual edir, sən kimsən ki, yaşayaraq edirsən? Bir etapdan keçdim və anladım ki, hər kəsin sevimlisi ola bilmərəm. Mən onlara nə qədər tanımağa icazə verirəmsə, o qədər tanıyacaq, görəcək. Məni izləməyən insanlara mənə qarşı çox önyarğılıdır, tanıyanlar artıq bilirlər".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri