ANAMA tərəfindən icra edilən dərin axtarış əməliyyatları
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi mina və döyüş sahələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı, keçmiş sursat anbarları, eləcə də poliqon ərazilərinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını icra edir.
Fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir.
Belə ki, sifarişə əsasən torpağın 6 metr dərinliyinə qədər metal tərkibli sursatları aşkar etmək qabiliyyətinə malik avadanlıqlardan istifadə edilir.
Avadanlıqların tərkibində olan 8 kanallı maqnitometr sisteminin iş prinsipi yerin maqnit sahəsindəki dəyişikliklərini qeydə almaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət zamanı yüksək dəqiqlikli koordinat əldə etmək üçün DGPS texnologiyası tətbiq olunur. Toplanmış məlumatlar xüsusi proqramda emal olunur və sahə xəritələri yaradılır. Bu sistem mina və döyüş sursatlarının torpağın dərinliyində yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















