Poniçalada axtarış xilasetmə əməliyyatları başa çatıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 20 noyabr, AZƏRTAC
Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş vermiş qaz partlayışından sonra dağıntılar altında qalan insanların axtarışı və xilas edilməsi üzrə əməliyyatlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili məlumat verib.
O bildirib ki, xilasetmə əməliyyatları zamanı gün ərzində hadisə yerindən beş nəfər, o cümlədən bir azyaşlı xəstəxanaya çatdırılıb. Dağıntılar altından altı nəfərin meyiti çıxarılıb. Həlak olanlar arasında bir azyaşlı da var.
Nazir qeyd edib ki, bundan sonra hadisə yerində istintaq tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, noyabrın 19-da Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışı ciddi dağıntılara səbəb olub. İlkin olaraq hadisə yerindən dörd nəfər xəstəxanaya çatdırılıb. Dağıntılar altında yeddi nəfərin qaldığı bildirilirdi.
Xilasedicilər əvvəlcə dağıntılar altından gənc qızı çıxarıblar. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Daha sonra dağıntılar altından altı nəfərin meyiti çıxarılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















