ANAMA Xankəndidə minaaxtaranlar üçün ixtisasartırma təlimi keçirib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Tikililərin Təmizlənməsi təlimi
ANAMA-nın Təlim qrupu tərəfindən Xankəndi şəhərində minaaxtaranlar üçün "Tikililərin təmizlənməsi və Əldədüzəltmə Partlayıcı Qurğularla tanışlıq" mövzusunda ixtisasartırma təlimi keçirilib.
XQ xəbər verir ki, təlim minaaxtaranların peşəkar hazırlığının gücləndirilməsi, əməliyyatlar zamanı risklərin düzgün qiymətləndirilməsi və mürəkkəb şəraitdə təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərmək bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
İlkin təlimatlandırma prosesindən sonra sinif otağında nəzəri dərslər keçirilib. Daha sonra müdavimlər əldə etdikləri bilikləri praktiki mərhələdə tətbiq ediblər. Bu mərhələdə təmizlənməsi həyata keçirilən tikililərdə qapı və pəncərələrin təhlükəsiz yoxlanılması və açılması, əşyaların dartma üsulu ilə çıxarılması, dolabların yoxlanılması, həmçinin mümkün tələ qurğularının aşkarlanması ilə bağlı praktiki məşğələlər yerinə yetirilib.
Təlim proqramı çərçivəsində, həmçinin tələ qurğularının quraşdırılması ehtimalı olan avtomobillərin xüsusi vasitələrdən istifadə etməklə təhlükəsiz yoxlanılması və nəqliyyat vasitələrindəki yüklərin çıxarılması üzrə məşğələlər də həyata keçirilib.
ANAMA minatəmizləmə əməliyyatlarının təhlükəsiz və səmərəli həyata keçirilməsi məqsədilə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, müasir yanaşma və metodların tətbiqi istiqamətində təlim fəaliyyətlərini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















