Sosial sahədə rəqəmsal sıçrayış: 10 ayda 361 milyon əməliyyat
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal xidmətlərindən 5,5 milyon dəfə istifadə olunub.
“Yeni Sabah” xəbər verir ki, bu müddət ərzində e-infrastruktur vasitəsilə proaktiv qaydada 243 min təyinat aparılıb. Bununla yanaşı, əmək, məşğulluq və sosial müdafiə istiqamətləri üzrə vətəndaşlara 652 min elektron arayış təqdim edilib.
Sosial sahədə ardıcıl həyata keçirilən rəqəmsallaşma tədbirləri sayəsində hazırda qurumun xidmətlərinin 90 faizi elektron formada əlçatandır. Online shopping Azərbaycan
Hazırda nazirliyin rəqəmsal bazaları 80-ə yaxın dövlət və özəl qurumun informasiya sistemləri ilə inteqrasiya olunmuş vəziyyətdə fəaliyyət göstərir. Digər qurumlardan daxil olan sorğular da nəzərə alınmaqla, 2026-cı ilin ilk 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən qeydə alınan ümumi sorğu, müraciət və xidmətlərin sayı 361 milyona çatıb.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















