Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sığınacaqlardan birinə atası tərəfindən gətirilmiş azyaşlı bir qız öz həyatına son qoyub. Qızın anası 2014-cü ildə vəfat etdiyi üçün sığınacağa yerləşdirilib. Atası onu gəlib götürəcəyini deyib Rusiyaya gedib, 2 gün öncə rəsmi şəkildə ondan imtina edib. Demək, anasız olmaq belə ağır imiş, üstəlik atasız və bütün qohumlardan ayrı qalmaq imiş. Bu qız atasının gələcəyini, qohumlarının onu qəbul edəcəyini gözləyirdi, ümidləri var idi, amma reallıq onun ümidlərini parçaladı. Təəssüf ki, həyatının baharını belə yaşamadan o, bu dünyadan köçdü, 11 il sonra anasına qovuşmaq ümidi ilə aramızdan ayrıldı.
Bəs həmin qızın öz canına qəsd etməsində atanı günahlandırmaq olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi öncə qeyd etdi ki, ailə sağlam cəmiyyətin təməlidir. Onun sözlərinə görə, ailə quranda seçimlərdə doğru qərarlar verilirsə, yəni həyat yoldaşını düzgün seçə bilirsənsə, o zaman ailədə hansı çətinliklər olursa-olsun, o ailənin dağılmasına, ailədəki övladların problemlərlə üzləşməməsinə, psixoloji gərginliklər və travmalar yaşanmamasına cəhd göstərilir:
"Xüsusilə də ailədə övladlar varsa, yaranan problemlər, ailədə natamamlıq olarsa, boşanmalar olarsa, burada ən böyük əziyyəti uşaqlar çəkir. Çünki uşaq psixoloji olaraq atadan arxa-dayaq, güc alır, anadan isə emosional güc alır və duyğularını doyurur. Ona görə də onların birinin olmaması hər yaşda uşağa öz inkişafına uyğun mənfi təsir edir. Çünki o artıq öz psixoloji tələbatlarını almır və böyük boşluq yaşayır. Bu da travmaların yaranmasına gətirib çıxarır ki, gələcəkdə də neçə yaşlı olursa-olsun, bu travmalar onun həyatına təsirsiz ötüşmür. İntihar qərarı isə bir insanın özünü ən çarəsiz, incik və aciz hiss etdiyi haldır ki, uşaqlarda da həmçinin yaranan psixotrik narahatlıqlar intihar riskini artıra bilər".
Psixoloq bildirdi ki, uşaqlıq və yeniyetməlik dövründə uşaqlar çox həssas olduqları üçün çarəsizlik hissinə daha tez qapıla bilirlər:
"Düşündükləri vəziyyəti analiz etməkdə problemlər yaşayırlar. İradə gücü, dözümlülük hissi və qorxuları onları səhv qərarlar verməyə təhrik edir. Çünki yaranan problemi həll edə, ondan çıxış yolu tapa, çətinliklərlə üzləşə və doğru qərarlar verə bilmirlər. İstər uşaq sığınacaqlarına, istər ailələrdə uşaqlarda dəyişikliklər zamanı, həssaslıq hissi yüksək olduqda, o uşaqları nəzarətdə və diqqətdə saxlamaq lazımdır. Onları tək qoymamaq, çox söhbətlər aparmaq və onları dinləmək çox vacibdir".
Günay Kərimi hesab edir ki, ananın yoxluğu övlad üçün ən böyük boşluqdur:
"Bunu qəbul etmək uzun zaman alsa da, yenə də övlad travmasız ötüşmür. Bu hallarda ata övladını atmalı deyil, ona bu çətin həyat yolunda ən az zərər alması üçün dəstək olmalıdır. Əgər çarəsiz qalmırsa, övladından uzaqlaşmamalıdır. Qohumlarının və yaxınlarının da uşaqların dəstəyinə çox böyük ehtiyacı olur. Belə bir zamanda onları tək qoymaq olmaz. Bu, uşaqlara ananın itkisindən sonra ən böyük travmadır, çünki onların həyatı birdən dəyişir və tək ana deyil, bütün doğmalarını itirirlər, təklik hissini yaşayırlar. Bu da çarəsizlik hissinin kəskin yaşanmasına və intihar hallarına yol açır. Övladlarımızı qorumaq, onları sağlam cəmiyyətə qovuşdurmaq bizim hər birimizin borcudur".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















