Icma.az
close
up
RU
Bəzən qızlar ailə qurarkən hisslərinin qurbanı olub səhv qərarlar verirlər Günay Kərimi

Bəzən qızlar ailə qurarkən hisslərinin qurbanı olub səhv qərarlar verirlər Günay Kərimi

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş rezonans doğuran Qobustanda qaynatanın gəlinini öldürməsi ilə bağlı dəhşətli hadisə cəmiyyətimizin üzərinə bir daha ciddi suallar qoyur. 24 yaşlı gənc bir qadının həyatına qəddarcasına son qoyulması, eyni zamanda həyat yoldaşına da xəsarət yetirməsi, sadəcə kriminal bir olay deyil, bu, cəmiyyətin psixoloji təməllərindəki çatların bariz göstəricisidir.

Bəs bəzi insanlar necə bu psixologiyaya sahib ola bilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, sağlam təməl üzərində qurulan ailələr bir cəmiyyətin sağlam formalaşmasının əsas özəyidir:

"Çünki o ailələr sağlam olur ki, onların bünövrələri möhkəm təməl üzərində qurulur. Hər dövrlərdə olduğu kimi, bu gün də cəmiyyətimizdə təəssüf ki, sağlam olmayan ailələrə rast gəlməkdəyik. Belə ailələrdə doğulan, tərbiyə alan, formalaşan uşaqlar da millətimiz üçün, cəmiyyətimiz üçün yararlı insanlar olmurlar. Bəzən qızlar ailə qurarkən ya duyğularının, hisslərinin qurbanı olub səhv qərarlar verirlər, ya ailələrinin onların əvəzinə etdikləri seçimlərin qurbanı olurlar, ya da ümumiyyətlə doğru seçim edə bilmirlər. Burada yaş, inkişaf da böyük rol oynayır. Səbəb nə olursa olsun, həyatlarının geri qalan hissəsini əziyyətlə yaşayır, çarəsiz qalır, ya da boşanmalara üz tuturlar. Xüsusilə də ailələrə böyüklərin müdaxilələri varsa, yəni cütlüklərin işinə qayınana, qayınata müdaxilə edirsə, bu da ailələrdə problemlərin yaranmasına yol açır".

Psixoloqun sözlərinə görə, övladını gəlini ilə bölüşə bilməmək, ona qarşı nifrət, aqressiyanı artırır.

"Qayınata bəzən gəlinini xadimə kimi görür, ona əziyyət verir, bəzən də şiddət, zorakılıq göstərirlər. Bəzən xanımına qarşı gəncliyindən göstərdiyi şiddəti gəlininə də yönəldir. Belə insanlar evlərində də belə hallarla böyüyürlər. Bəziləri uşaqlıqdan atalarında öz analarına qarşı da münasibəti belə görüb onu qəbul edə bilirlər və gələcək həyatlarında olan qadınına, qızına, gəlininə də eyni davranırlar. Təəssüf ki, ölüm halları ilə də qarşılaşa bilirik. Əlbəttə ki, belə insanlar artıq psixatriyatik problemləri olan insanlardır ki, gəlininə qarşı qətl hadisəsi törədə bilir və belə insanlar zamanında hər kəsdən gizlədilmək əvəzinə müalicə almalı və lazım gələrsə də evdən uzaqlaşdırılmalıdırlar. Çünki onlar xüsusilə də bir nəfərə qarşı aqressiya formalaşdırıb o insana müxtəlif xəsarətlər və ya qətl törədə bilirlər", - deyə G.Kərimi qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri