Anar Bağırov: Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Müasir dünya qloballaşma ilə yanaşı, bir çox çağırışları özündə ehtiva edir. Hüquq münasibətlərində transmilli aspektlər əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Hüquq münasibətlərində transmilli aspektlər: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən beynəlxalq konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, qardaş türk dövlətləri arasında hüquqi yardım məsələləri ön plana çıxır:
"Aktual məsələlərdən biri də ortaq hüquq konsepsiyasının və platformasının təsis olunmasıdır. Bu platforma hüquqi problemlərə daha çevik həll yolu tapmağa kömək olacaq. Hüquqşünas kadrların hazırlanmasında ikili diplom yanaşmasına ehtiyac var. Ortaq hüquq lüğətinin hazırlanması da bizim üçün prioritet məsələdir. Türk ölkələrinin müqayisəli hüquq məsələlərinin öyrənilməsinə ehtiyac var".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















