Icma.az
close
up
RU
Ramizlərlə Əlilərin əlaqələri, Cəmillərin, Gültəkinlərin gizli siyasi pıçıltıları

Ramizlərlə Əlilərin əlaqələri, Cəmillərin, Gültəkinlərin gizli siyasi pıçıltıları

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İntellektual boşluq və strateji korluq özlərini lider sayanları necə məhv etdi.
Əlbəttə, siyasət çox şərəfli peşə olmaqla yanaşı, həm də olduqca mürəkkəb və çətin bir sahədir. Siyasət ona görə şərəflidir ki, bir siyasətçi öz millətinə, dövlətinə, xalqına və ümumilikdə bəşəriyyətə siyasi addımları və fəaliyyəti ilə, hətta xırda da olsa, töhfə verə bilirsə, bu, şərəfli bir siyasi yol sayılır. Siyasət mürəkkəb və çətindir, çünki bu prosesdə rəqabət sistemi və mexanizmi sürətlə işləyir. Bu rəqabətdə mütləq şəkildə intellektual siyasi bacarıq, qətiyyət, iradə və millilik hissi olmalıdır ki, digər siyasi rəqiblərlə mübarizə apararkən öz milli mənafeyinə xəyanət etməyəsən və milli maraqlara xidmət edəsən.
Siyasətin başqa, iyrənc tərəfləri də vardır. Burada ikiüzlülük və riyakarlıq da var. Bir cür danışıb başqa cür hərəkət etmək, xalq arasında ədalət tələb edib qapalı otaqlarda şəxsi maraqları üstün tutmaq, insanları alətə çevirərək həyatlarını məhv etmək, uzun müddət birlikdə fəaliyyət göstərib sonradan bir-birinin əleyhinə çıxmaq, reallıqdan uzaq vədlər vermək, emosiyalarla oynamaq, bacarıqlı insanları özünə təhlükə sayaraq müxtəlif üsullarla sıradan çıxarmaq siyasətin çirkin tərəfləridir. Siyasətin həm müsbət, həm də mənfi tərəflərini təhlil etdikdə aydın olur ki, siyasət ideyadan deyil, onu icra edən şəxslərdən asılıdır. Dövlət üçün həyata keçirilən siyasət saf və müqəddəsdir. Biz bunun nəticəsini 44 günlük Vətən müharibəsi zamanı və qazandığımız Zəfərdə açıq şəkildə gördük. Bəli, bu siyasi strategiya nəticə etibarilə dövlətə və xalqa xidmətlə tamamlandı. lham Əliyevin siyasi lider olaraq siyasi taktikası və planlaması ilə bu uğurlara ölkəmiz imza atdı. Şəxsi ambisiya üçün edilən siyasət isə çirkli siyasət sayılır. Ramizlərlə Əliıərin əlaqələri, Cəmillərin, Gültəkinlərin gizli siyasi pıçıltıları, bütün bunlar siyasətin çirkli oyunlarıdır. Dövləti düşünmədən, milləti düşünmədən, ancaq öz məkirli, xain planlarını həyata keçirmək üçün qurulan bu çirkli oyunlar onların siyasi aktivlərini darmadağın etdi. Və ən dəhşətlisi, bu planları həyata keçirmək üçün bu millətin övladlarını bu çirkablara bulaşdırıb, onların talelərinə də öz siyasi taleləri kimi qara lent bağlamaqla, böyük mənəvi baxımdan günah, siyasi baxımdan isə cinayət edənlərdən oldular. Heç zaman dövlətin həlledici məqamlarda yanında olmadılar.
Dəyərli soydaşlar, siz də bilirsiniz ki, bu mövqe nə qədər ağır mənəvi və tarixi qiymətləndirməyə məruz qalıb. Bu, sadəcə mövqe fərqi deyil, tarixi məsuliyyətdir. Bu məsuliyyətdən üzüağ çıxmayanlar artıq bəlli oldu. Kimlərdir, kimlərlə və hansı gizli əlaqələrə giriblər. Müharibə və təhlükəsizlik anında isə bunlar boşluq axtarıblar ki, dövlətə zərbə vursunlar. Dövlətin suverenliyi real təhdid altında olanda bunlar dövlətə xəyanətə hazırlaşblar. Milli taleyimizi müəyyən edən dövr ərzində bunlar xəyanət planlarını cızıblar. Dövlətçilik mövqeyi kritik anda həmrəyliyimizə dəstək vermək idi, həmrəyliyimizə xain zərbə vurmaq yox! Sabitlik dövründə siyasi tənqid mütləqdir, bu inkişaf deməkdir. Amma sabitliyi təmin edən anda və ondan sonra dövlətin yanında olmaq əsas məsələdir.
Biz xalq olaraq həmrəyliyimizi mükəmməl şəkildə qoruyub saxladıq, lazım olan anda lazım olan siyasi liderin ətrafında birləşdik. Bu, xalqımızın uzaqgörənliyidir.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2025 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri