Icma.az
close
up
RU
Anar Məmmədov iki il gəlirsiz işləyib

Anar Məmmədov iki il gəlirsiz işləyib

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi növbəti maliyyə hesabatını açıqlayıb.

“Yeni Sabah” Yeniavaz.com -a istinadən xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkəti 2024-cü ili 169 min 185 funt-sterlinq (387 min manat) mənfəətlə başa vurub.

“B.J.R. Foods Limited” şirkətinin ötən dövriyyəsi 41 milyon funt-sterlinq (94 milyon manat) olub və bunun 10,5 milyon funt-sterlinqini (24 milyon manat) ümumi gəlirlər təşkil edib.

Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.

Anar Məmmədov “B.J.R. Foods Limited” şirkətinin səhmlərinə sahib olduqdan sonra şirkət zərərlə işləməyə başlayıb. Belə ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurduğu halda, 2022-ci ildə xalis zərəri 1 milyon 182 min 13 funt-sterlinq, 2023-cü ildə isə 629 min 446 funt-sterlinq olub.

Onu da bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Suleman rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərfləri əsasında yaradılıb.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub.

2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see428

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see409

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see319

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see314

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see309

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see279

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see244

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see241

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see226

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see218

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see213

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see204

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see203

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see194

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see187

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see177

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see174

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri