Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm...
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Yazıçılar Birliyinin sədri vəzifəsindən getməyi hamıdan birinci özüm arzulayıram. Bilirəm, nə vaxtsa bu xəbərə sevinəcəklər. Qoy onlar sevinsinlər, sevincləri artıq olsun. Mənim də sevincim olacaq ki, söz verdiyim kimi 3 ildən sonra, qurultay olan kimi birliyin sədri vəzifəsindən gedəcəm”
Reyting.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra bildirib ki, heç bir birlik və ittifaq ev vermir.
“Siz heç eşitmisinizmi kimsə Rəssamlar İttifaqından, Bəstəkarlar İttifaqından ev alsın? O qurumlar ev vermir. Gərək biz də verməyək də. Biz indi humanistlik göstərib ev veririk, yenə də bizim başımızda çatlayır. 37 ildir Yazıçılar Birliyinin sədriyəm, 100 yazıçıya ev vermişəm. Bir hissəsi Sovet illərində, bir hissəsini isə müstəqillik illərində hədiyyə etmişik. 100 adama verirsən, 200 adam narazı qalır”, - deyə, o, bildirib.
Bu mövzuda digər xəbərlər:“Qoca kişidir, qırmızı geyinib” Anar efirdə Rüfətə söz atdı
24 Fevral 2025 16:16
Söz adamı haqqında söz Bayram Məmmədov yazır
06 Mart 2025 20:00
Nişanlısına qəhrəman kimi qayıdacağına söz vermişdi
25 Oktyabr 2025 17:20
Söz olmasa dünyada ...
17 Noyabr 2024 01:55
Zamanı aşan söz
15 May 2025 21:03
Baxış sayı:96
Bu xəbər 14 İyul 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















