Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Söz adamı haqqında söz Bayram Məmmədov yazır

Söz adamı haqqında söz Bayram Məmmədov yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Söz başlanğıcdır...

Başlanğıcı söz olan dünyada söz adamı haqqında söz demək həm sədaqətdir (sözə sədaqət), həm də məsuliyyətdir (sözə məsuliyyət). Sədaqətdə məsuliyyət, məsuliyyətdə sədaqət olanda yazılanlar könüllərə yol tapa bilir, əgər sözün dürüst sözdürsə, əgər dürüst niyyətlə yazıbsansa, oxunacaq. Yadda qalacaq, həm də tarixdə qalacaq. Könüllərə yol tapa bilməyən sözü buz üstə yazılıb Gün altda qoyulmuş yazıya bənzədənlərin sırasında mən də varam. Bu səbəbdən söz adamlarına (şairlərə, nasirlərə, jurnalistlərə) həmişə böyük sayğılarım olub. Və bu sayğını sevgi həddində yaşada-yaşada yaşa dolmuşam, SÖZə sevgi ilə yaşıd olmuşam...

Tanıdığım bir söz adamı, jurnalist - Mikayıl Nərimanoğlu 1965-ci il martın 9-da Zəngilan rayonunda dünyaya gəlib. Uşaqlığından suya mehirli olub - Oxçu çayının sularıyla kəlmələşib, bu çayın hərdən coşan, hərdən çəkilən dalğalarının səs-küyünü yaddaşına köçürə-köçürə aylarını il eləyib. Bakı-Qafan, İrəvan-Qafan qatarları evlərinin qarşısından keçərdi. Hərdən ona elə gələrdi ki, bu qatarlar onun xəyal dünyasından keçib gedir. Ötüb keçən qatarların arxasınca baxar, baxardı. Niyə baxardı, özü də bilmirdi.

Atasının bir təəssüfünü indi də xatırlayır. O illərdə atası Nəriman kişi deyərmiş ki, vallah, burdan keçib-gedən yük qatarlarında ermənilərə silah daşınır. Boşuna daşınmır, belə gedərsə, ermənilər bu silahlarla bir gün üstümüzə gələcəklər. Mən indi bir el kəlamını xatırlayıram: "Deyən qadir deyil, dedizdirən qadirdir". Atasının narahatlığı el-obasına, xalqına, Vətəninə sevginin narahatlığı olub...

Mikayıl belə böyüyüb...

Zəngilan şəhər orta məktəbində təhsil alıb. 1982-ci ildə bitirdiyi məktəbin müəllimlərini ehtiramlarla xatırlayır. Sinif müəllimləri Məhluqə müəllimi, ədəbiyyat müəllimləri Tofiq müəllimi. "Tofiq müəllim bizə ədəbiyyat tariximizi dərsliklərlə öyrətmirdi, həyat gerçəklikləri əsasında öyrədirdi. Tofiq müəllim bizə Hüseyn Cavidi məfkurə şairi kimi, azərbaycançılıq şairi kimi, xalqın könül dünyasının şairi kimi sevdirmişdi. Biz də bilirdik ki, Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü. Böyük şairin nəşi Uzaq Şərqdən gətirilmişdi. Naxçıvanda dəfn ediləndə jurnalist olaraq mən də ora ezam edilmişdim. Onda gördüyüm sevgilərin, Rafael Hüseynovun "Vaxtdan uca" kitabında gördüyüm işığın əvvəlini Zəngilanda orta məktəbdə oxuyanda bizə Tofiq müəllim nişan vermişdi...", - o illəri Mikayıl bir qədər kövrəkliklə, bir qədər qürurla belə xatırlayır.

1982-ci ildə orta məktəbi bitirdi. Jurnalist olmaq istəyirdi. Sənədlərini jurnalistika fakültəsinə götürməmişdilər. O vaxtlarda bu fakültəyə sənəd vermək üçün müəyyən yaradıcılıq şərtləri vardı. Həmin il pedaqoji institutda imtahandan kəsiləndə zərrəcə təəssüflənməmisdi: Jurnalist olmaq istəyinin işığı Mikayılın düşüncələrinin səyyarəsiydi axı...

Bakı Neftayırma zavodunda operator köməkçisi işləməyə başlamışdı...

1983-cü ildə hərbi xidmətə çağırıldı. Buna sevindi. "Tez gedərəm, tez qayıdaram, arzuladığım universitetin tələbəsi olaram" düşüncəsiylə çağırışın səmtinə yol aldı Mikayıl Nəriman oğlu.

Mikayıl hərbi xidmətdə olanda komandirinin məsləhəti ilə Uzaq Sibirdə hüquq fakültəsində oxumaq imkanı yaranır. Özü də bir qədər meyillənir; həmin vaxtlarda bu fakültə bütün cavanların arzuladığı fakültələrdən olub. Əfqanıstanda adı qarşıdurmalar, döyüşlər olan dəhşətli müharibə gedirdi. SSRİ Əfqanıstanda yeni siyasi xəttə malik olmasını arzuladığı yeni dövlət yaratmışdı. Mikayıldan eyni məktəbdə, bir sinif aşağı oxuyan Elnur Həsənov 1985-ci il aprelin 5-də Əfqanıstanda döyüşdə həlak olubmuş. "Sənədləri toplayırdım. Anam biləndə ki, əsgərlikdən sonra Sibirdə qalıb oxumaq istəyirəm, onu "od götürdü". "Sənin oxumağın, orda oxumağın mənə lazım deyil. Qayıt el-obana" - məktubunda belə yazdırmışdı. Fikrimdən daşındım...", - Mikayıl hərbi xidmətinin son aylarını belə xatırlayır. O vaxtlar pedaqoji instituta qəbul oluna bilmədiyinə sevindiyi kimi, anasının etirazını həyat yolunun işığı bilməsinə də sevinib. Onu da xatırlayır ki, dostlarından biri bu hadisəni eşidəndə əlini Mikayılın çiyninə qoyub, gülümsünərək, "Yaxşı ki, orda qalıb hüquqşünas olmayıbsan, yoxsa Azərbaycan jurnalistikasının Mikayıl Nərimanoğlusu olmayacaqdı..." - deyib...

Hərbi xidmətdən tərxis edildikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1988-ci ildən böyük mətbuatdadır. "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir, şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, eyni zamanda 2006-cı ildə Dövlət Proqramına əsasən AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin 2017-ci ilə kimi baş redaktoru olub. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı Azərbaycan, ingilis və rus dillərində operativ fəaliyyət göstərib. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı və internet TV yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında onun da böyük xidmətləri olub. Milli komanda ilə bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən SSRİ, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Müharibə veteranıdır. "Zəngilanın süqutu" kitabının müəllifidir. 2015-2017-ci illərdə "Kəpəz" Peşəkar futbol klubunun idarə heyətinin sədr müavini olub...

Mikayıl o vaxtlar pedaqoji institutda qəbul imtahanından keçə bilmədiyinə görə bu uğurların olacağına inam baxımından təəssüflənməyib, gümanındayam...

Məqalələri "Bakı", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Zavod həyatı", "7 gün", "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti"... qəzetlərində dərc olunmaqdadır.

Ermənistan Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başlamısdı. Əraziləri camaat, ordu hissələri, milis dəstələri müdafiə edirdi. Xarici havadarlarından kifayət qədər hərbi dəstək alan düşmənin hücumlarının, həmlələrinin qarşısı cəsarətlə, qətiyyətlə alınırdı. Bu döyüşlər haqqında informasiyalar xalqın inamına güvən ola bilərdi, olurdu. Ona görə də müxtəlif mətbu orqanların əməkdaşları cəbhə bölgəsindən məlumatlar, reportajlar hazırlayırdı, dərc edilənlər müharibə tariximiz olurdu. Həmin vaxtlarda Mikayıl Nərimanoğlu "İki sahil" qəzetinin əməkdaşı idi. O da həm bir jurnalist kimi, həm də bir zəngilanlı kimi Zəngilanı müdafiə edənlərə "söz havadarı" olmağa gedirdi.

İçəri Muşlanlı Rəhim Rəhimov, "İki sahil" qəzetinin müxbiri Elton Dünyamalıoğlu, Zəngilan Rayon İcra Hakimiyyəti ərazi hakimiyyət və idarəetmə orqanları şöbəsinin məsləhətçisi Asif Bağırov, Seyidlər kəndinin sahə müvəkkili, milis kapitanı Akif Kərimov, Canbar kənd sovetinin sədri Rəşid Həsənov 1992-ci il aprelin 28-də Zəngilan rayonunun Qazançı kəndindən qayıdanda Çəkədin tövlələri istiqamətində qəflətən düşmənin atəşinə məruz qalıblar. Atəslərdən birtəhər yayına biliblər. Az sonra Akif Kərimov maşından düşüb, mövqe tutub, atışıb. Düşmən bu cəsarətli atışdan qamaşıb, geri çəkilib. Mikayılgil xəsarət almadan geri qayıda biliblər.

O illərdə jurnalist Mikayıl Nərimanoğlu belə anları çox yaşayıb. Zəngilan naminə, Azərbaycan naminə...

Mikayıl Nərimanoğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü  uğrunda ermənilərə qarşı döyüşlər vaxtı Zəngilan alayında xidmət edib. Ermənistan Respublikası tərəfindən Zəngilan rayonu ərazisində tikilən döyüş mövqelərinin, komanda məntəqələrinin yerini müəyyənləşdirmək üçün hərbi hissənin komandiri, polkovnik Firudin Şabanovla birlikdə Kollu və Seyidlər kəndi istiqamətindən çəkilişlər aparan qrupun tərkibində Mikayıl Nərimanoğlu da olub. Birdən komandir sakitcə hamısının daldalanmasını tələb edib. Bir müddət dayandıqdan sonra çətinliklə də olsa ərazidən kənarlaşıblar. Sən demə, o anlarda hiss etmədən ermənilərin lap yaxınlığına çatıblarmış...

Zəngilan rayonunda şəhid olan əsgərlər də, mülki vətəndaşlar da öz kəndində dəfn edilirdi. Qərara alındı ki, rayonun mərkəzində parkın girişində Şəhidlər xiyabanı yaradılsın, zəngilanlı şəhidlər orada dəfn edilsin. Bu təşəbbüs böyük vətənpərvərlik idi və istər zəngilanlı yeniyetmələrin, istəsə də digər rayonların cavanlarının dünyaduyumunu Vətənə daha dərin duyğularla kökləyəcəkdi. Belə bir vacib təşəbbüs qərara alınanda Mikayıl da oradaymış və öz sevincini sevinclərə qatıb. Vətəndaş kimi, zəngilanlı kimi, jurnalist kimi...

Mikayıl xatırlayır: "Bir dəfə girovlar saya-say baxımından dəyişdirilirdi. Goranboy rayonu səmtindən sərhədi keçdiyindən ermənilərin əsirliyində ata ilə oğul vardı. Onları geri almaq üçün danışıqlar aparılmışdı. Bizdə bir erməni əsiri var idi. Düşmən atanı qaytarmışdı, bizimkilər nə qədər cəhd göstərsələr də, 12 yaşlı oğlunu qaytarmadılar. Uşağın qışqırtısı göyü yerə ələyirdi. Adamın ürəyinin başı göynəyirdi. Qərargahda keçirilən iclasda komandir polkovnik Füridun Şabanov bundan bərk əsəbləşmişdi. Nə olur-olsun bir erməni girovu gətirilməsini tapşırmışdı. Həmin gecə girov gətirildi. Ermənilər həmin uşağı qaytarmağa razılasdılar"...

"İkinci Qarabağ müharibəsində döyüşlərdən uzaqda qalanların çoxusu əsgəri düşüncələrlə yaşayırdı. Əminliklə deyə bilərəm ki, döyüşlərə gedə bilməyən jurnalistlərin ruhu da əsgərləşmişdi. Jurnalistlər xəyalən döyüşənlərlə döyüşürdü, yaralananlara yardım edirdi, artilleriyaçılara mərmi daşıyırdı, kəşfiyyatçılarla düşmənin mövqelərini izləyirdi, ... müharibə xalqın müharibəsi idi. Azərbaycan 44 günü belə yaşadı. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə qalib gəldi, tarixi Zəfər qazanıldı. 2023-cü ilin 20 sentyabrında Azərbaycanın ərazi bütövlüyü döyüşlə tam bərpa olundu. "İşğaldan sonra sinif yoldaşım Cavidlə birlikdə Zəngilana getmişdik. Həsrətimizin ünvanında gördüklərimiz qəlbimizi qanatdı. İndi Zəngilan da yenidən qurulur. Qarabağda da, işğaldan azad edilmiş ərazilərdə də işğaldan nişanə qalmayacaq...", - Mikayıl Nərimanoğlunun kəlmələrində çırpınan vətənpərvərlik yaşarı vətənpərvərlikdir...

Necə olub ki, Mikayıl jurnalistikanı seçib? Özü belə xatırlayır: "Jurnalistikaya marağım böyük idi. Sona xalamın həyat yoldaşı uzun illər rayonda çıxan "Kənd həyatı" qəzetinin redaktor müavini işləmiş ustad jurnalist Nəriman Bəxtiyarovun yaradıcılığı uşaqlıq arzularımın formalaşmağına stimul olmuşdu..." O illərdən sözə "könül verib Mikayıl", "sözün nazını çəkib"...

Mikayıl Nərimanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Əməkdar jurnalist Fəxri adına layiq görülüb. O, həm də Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı ilə təltif olunub...

...Söz adamı haqqında söz demək məsuliyyəti də var, qüruru da. 2023-cü ildən "Respublika" qəzetinin xüsusi müxbiri işləyən Mikayıl Nərimanoğlu haqqında yazdığım bu yazını təkcə oxucularla deyil, həm də özümün özümlə söhbətim bilirəm...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:336
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri