Icma.az
close
up
RU
Anası şəhid oğlunun məzarı başında bu sirri öyrənib VİDEO KONKRET

Anası şəhid oğlunun məzarı başında bu sirri öyrənib VİDEO KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baku TV-də Vətən müharibəsi şəhidi Şahmar Səfərov haqqında reportaj yayımlanıb.

KONKRET.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Şahmar Səfərov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oğlu ilə bağlı xatirələrindən danışan Pakizə Səfərova bildirib ki, hərbçi olmaq Şahmarın çoxdankı arzusu olub:

“Oğlumun hərbçi olmasını istəmirdim. 8-ci sinifdən hərbiyə getmək istəyirdi, qoymadım. Daha sonra ali təhsilə yönləndirməyə çalışdım, amma istəmədi. Şahmar öz qərarında duran uşaq idi, onu fikrindən döndərə bilməzdim”.

Pakizə Səfərova oğlunun şəhid xəbərini necə almasından danışıb:

“Müharibənin başlamasından xəbərim yox idi, yas yerində öyrəndim. Özümü narahat hiss etdim, tez durub evə getdim. Televizorda torpaqlarımızın bir qisminin azad edildiyini və şəhidlərimizin olduğunu eşitdim. Heç düşünmədim ki, Şahmar da o şəhidlərin sırasında olar. O ki hərbinin sirlərini bilir. Baldızlarım bizə gəlmişdi, dedim “niyə gəlmisiniz? Şahmar şəhid olub?”. Dedilər “hə”. Bunu eşidəndə elə bil ki, məni ildırım vurdu”.

Şəhid anasının sözlərinə görə, oğlunun sevdiyi qız var idi:

“Fəxri xiyabanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bir qızı Şahmarın məzarının önündə ağlayan zaman görüb. Qızdan soruşub “bu şəhidin nəyisən?”. Qız Naxçıvandan gəldiyini və Şahmarın sevgilisi olduğunu deyib. Oğlum ona üzük alıbmış. Sevgilisi üzüyü çıxarıb torpağa basdırmaq istəyib. Deyib “özü yoxdur, üzüyü niyə saxlayım?”. Qadın mane olmağa çalışıb. İndi qızın həmin üzüyü saxlayıb-saxlamadığını bilmirəm”.

Ətraflı reportajda:

 KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Dekabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri