Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edib.
Milli.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bakıda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycan Avropa İttifaqı və Almaniya üçün etibarlı tərəfdaşdır. Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq", - deyə o, bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Almaniya Kansleri Prezident İlham Əliyevə zəng edib
05 Dekabr 2025 10:06
Meloni Prezident İlham Əliyevə təşəkkür edib
04 Sentyabr 2026 19:58
Hüquq müdafiəçiləri prezident İlham Əliyevə təşəkkür edib
26 Fevral 2025 15:50
Əl Casir Prezident İlham Əliyevə təşəkkür edib
18 İyun 2026 11:21
Ərdoğan Prezident İlham Əliyevə təşəkkür etdi
20 İyul 2025 22:40
Baxış sayı:88
Bu xəbər 17 Noyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















