Anasını və qardaşını öldürdü: qətli xatırlamır
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Türkiyənin Manisa vilayətində 45 yaşlı kişi anasını və qardaşını bıçaqlayaraq öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Yunusemre rayonunun Ayniali məhəlləsində baş verib.
Məlumata görə, Uğur Kabaağaç evdə 73 yaşlı anası Hülya Aktaş və 42 yaşlı qardaşı Hüseyin Kabaağaçla mübahisə edib. Mübahisə davaya çevrildikdən sonra o, mətbəxdən götürdüyü bıçaqla hər ikisinə hücum edib.
Hadisə yerindən qaçan kişi bacısına zəng edərək “Anamı və qardaşımı öldürdüm” deyib. Bacısının polisə məlumat verməsindən sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları hər iki şəxsin öldüyünü müəyyən ediblər.
Şübhəli həmin gün evinin yaxınlığında saxlanılıb. Daha əvvəl psixoloji problemlərlə bağlı müalicə aldığı bildirilən Kabaağaç ifadəsində mübahisənin səbəbini və qətli törətdiyini xatırlamadığını söyləyib.
Məhkəmənin qərarı ilə Uğur Kabaağaç barəsində həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:70
Bu xəbər 07 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















