Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Anasının köksündə yatan və yaşayan Raquf Aqil Abbas yazır

Anasının köksündə yatan və yaşayan Raquf Aqil Abbas yazır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Raquf Orucov! Bu ad artıq Azərbaycanda, eləcə də ölkəmizdən kənarda, yəni Türk dünyasında bir əfsanəyə çevrilib. Haqqında yüzdən çox məqalə yazılıb, sənədli filmlər çəkilib, döyüş yoldaşlarından müsahibələr alınıb. Yazıçı Şərif Ağ da ciddi və maraqlı bir kitab yazıb.  Bu məqalələrdə, sənədli filmlərdə, döyüş yoldaşlarının müsahibələrində, eləcə də Şərif Ağın kitabında Raquf Orcuovun qəhrəmanlıqlarından, sərkərdəliyindən, Vətənə sevgisindən, qeyri-adi döyüş qabiliyyətindən söz açılır. Mənim indiyədək yazılanları təkrar etmək fikrim yoxdu, mən məsələyə başqa tərəfdən yanaşıram. 

Raquf Orucov Qarabağın Kolanı tayfasındandı. «Kolanı» sözü, daha dəqiq desək, «kolan» sözü ilk dəfə şumer   dilində rastımıza çıxır. Bu sözün tərcüməsi iki məna daşıyır: güclü-qüdrətli və varlı-dövlətli. İkisi də bu gün Azərbaycan dilində işlənir. Xüsusilə Qarabağ dialektində: hallı-kallı və bir də kalan. Güclü-qüdrətli şəxslərə «hallı-kallı adamdır» deyirlər.  Varlı adamlara isə «kalan adamdır».

Kolanılar döyüşkən tayfa olduğundan  Osmanlının  sərhədlərini qoruyar və döyüşlərdə də ön cərgədə  vuruşardılar. Onlara «akınçılar» deyirdilər.  Yaxın Şərqdəki, üstündə hələ də müharibə gedən, Kolan (Qolan) təpələri  də «Kolanı» sözündən götürülüb. Kolan (Qolan) təpələri susuz ərəb səhralarında ən bolsulu ərazi sayılır. 

Kolanı tayfaları Türk dünyasının  müxtəlif yerlərində yaşayırlar. Bu gün əsasən Qarabağda təxminən 40-dan artıq kəndin yerləşdiyi  əraziyə Kolanı deyirlər. Naxçıvanda, Şamaxıda, Qərbi Azərbaycanda, Türkiyədə,  İraqda, yəni keçmiş Osmanlı ərazisində yayılıblar. Çox qəribədir ki, Qarabağda Kolanı adında kənd yoxdur, amma bu tayfadan ayrılıb başqa yerə köçənlərin kəndləri Kolanı adlandırılıb. Və bu tayfanın camaatı Kolanı olmaqla fəxr edirlər. 

Raquf Orucov da kolanı idi, Ağdamın Cinli kəndindən. Və Raquf Orucov da hallı-kallı şəxsiydi, yəni güclü və qüdrətli. Amma maddi cəhətdən «kalan» adam deyildi, yəni varı-dövləti yoxuydu. Amma mənəvi cəhətdən çox kalan adamıydı. Yolunda şəhid olduğu Vətənidir, yolunda şəhid olduğu xalqıdır onun varı-dövləti. Balalarından çox sevdiyi əsgərləridir onun varı-dövləti. Ay-ulduzlu  bayrağıdır onun varı-dövləti. İgidliyinə görə qazandığı «Murov qartalı» ləqəbidir onun varı-dövləti. 

Haqqında yazılan məqalələrdə, eləcə də döyüş yoldaşlarının, adi adamların Möhtərəm Prezident İlham Əliyevə ünvanlanmış müraciətlərdə Raquf  Orucova «Milli Qəhrəman» adı verilməsi xahiş olunur. Əslində xalq arasında  elə Milli Qəhrəman kimi tanınır. Yazını kompüterə diqtə edərkən Raquf Orucov adını eşidəndə əməkdaşımız Mehriban da  dedi ki, Milli Qəhrəman Raquf Orucovdan yazacağıq? Dedim ki, hə. 

Mehdi Hüseynzadə «Mixaylo» kimi xalqımızın ürəyində bir əfsanə kimi yaşayır. Əslində isə  o, Sovet İttifaqı qəhrəmanı adını  ölümündən 12 il sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindən tapıb çıxarandan və uzun zaman onun Sovet İttifaqı Qəhrəmanı adı alması üçün apardığı mübarizədən sonra bu fəxri ada layiq görülmüşdü. 

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə İbad Hüseynovun müharibədə göstərdiyi qəhrəmanlıqları eşidib öyrənəndən sonra demişdi ki, o, Milli Qəhrəmandır. İbad Hüseynov da bu ada 27 il sonra Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiq görüldü. 

Raquf Orucovun canından çox sevdiyi Vətən uğrunda şəhid olmasından 10 il keçir. İnanırıq ki, Möhtərəm Prezident İlham Əliyev Raquf Orucovun  layiq olduğu «Milli Qəhrəman» adını rəsmiləşdirəcək.

Və buna həyat yoldaşı Sevinc xanımdan da, övladlarından da, Raqufu sevən və əfsanələşdirən döyüş yoldaşlarından da daha çox torpaqlarımız işğal altında olanda düşmən səngərlərini keçərək Ermənistanın 30 kilometr ərazisinə daxil olaraq əsir düşmüş əsgərlərini xilas etmək üçün üç erməni əsgəri gətirib igidlərini əsirlikdən  xilas elədiyi  döyüşçüləri daha çox sevinəcək. Və bir də torpaqlarımız işğal altında olanda erməni səngərlərini keçərək  Cinli kəndindəki qəbiristanlıqda dəfn olunmuş ziyarət etdiyi anasının da ruhu sevinər.  

Raquf Orucovun iki ANASI vardı. Deyə bilərsiniz ki, bir adamın necə iki anası ola bilər? Əslində bizim hamımızın iki  ANASI var – biri bizi doğan ANA, biri də yolunda şəhid olmaq istədiyimiz və şəhid olduğumuz ANAMIZ VƏTƏN! 
Raquf Orucovun «Milli Qəhrəman» adına layiq görülməsinə onu doğan ANADAN da çox  yolunda şəhid olduğu ANASI VƏTƏN sevinər!   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri