Icma.az
close
up
RU
ANCA yenə öz ampluasındadır

ANCA yenə öz ampluasındadır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerika Erməni Milli Komitəsi (ANCA) növbəti dəfə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına qarşı çıxış edib. Vaşinqtonda imzalanan sənədlərin bölgədə sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı bir vaxtda təşkilat bu təşəbbüsləri hədəfə alıb. Qurumun bəyanatında reallıqlara zidd yanaşmalar açıq şəkildə sezilir. 

Təşkilat konstruktiv mövqedən çıxış etməkdənsə, köhnə yanaşmalarını davam etdirir. Halbuki, hazırkı proseslər region xalqlarının maraqlarına uyğun qarşılıqlı anlaşmaya və dialoqa əsaslanır. ANCA-nın tutduğu bu mövqe, əslində, regionda sülhün əldə olunmasını deyil, qarşıdurmanın davam etməsini istəyən dairələrin marağını əks etdirir.

ANCA həyasızcasına iddia edib ki, İrəvan və Bakının imzaladıqları və Vaşinqtonun dəstəklədiyi sənədlər Azərbaycanın “Artsaxdakı soyqırımı hərəkətlərini” legitimləşdirir. Təşkilat iddia edib ki, imzalanmış sənəd erməni xalqının əsas prioritetlərini əhatə etməyəcək: “Əsas prioritetlər “Artsax” ermənilərinin öz evlərinə qayıtmaq hüququ, “əsir və girovlar”ın azad edilməsi, xristian müqəddəs yerlərinin beynəlxalq mühafizəsi, habelə Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən (?) çıxarılmasıdır”.

ANCA-nın icraçı direktoru Aram Hambaryan deyib ki, 100 mindən çox “Artsax” ermənisinin zorla qovulmasını (?) tanıyan və qanuniləşdirən istənilən razılaşma İrəvanı sülhdən uzaqlaşdırır və “Azərbaycanın yeni təcavüzünü” (?) yaxınlaşdırır. İddia edib ki, əgər Vaşinqton Cənubi Qafqazda sülhə vasitəçilik etmək istəyirsə, o, sülh prosesinin Ermənistana yönələn təhdidlərə deyil, məsuliyyətə əsaslanaraq həqiqi olmasını təmin etməlidir. “Amerika erməniləri ədalətli güzəştləri əvəz edən və ermənilərin həyatını riskə atan istənilən razılaşmaya qəti şəkildə qarşı çıxırlar”, – deyə Hambaryan bildirib.

Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un “Hay Data” mərkəzi ofisi də oxşar bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan, Ermənistan və ABŞ ədalətə, hesabatlılığa, “məcburi köçkün erməni əhalisinin” geri qaytarılmasına, Ermənistanın təhlükəsizliyinin və suverenliyinin qorunub saxlanmasına əsaslanan prinsipial və dayanıqlı sülh axtarmağa çağırılıb.

***

Bəli, ANCA yenə iç üzünü nümayiş etdirdi. Halbuki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlər Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün mühüm siyasi iradənin göstəricisi kimi qiymətləndirilməlidir. Bu sənədin əsas qayəsi onilliklər boyu davam edən silahlı münaqişənin aradan qaldırılması və regionda təhlükəsizlik arxitekturasının qurulmasıdır. Lakin işi-gücü təxribat törətmək olan ANCA təşkilatı bir daha öz mövcudluğunu məhz bu cür təşəbbüslərə qarşı çıxmaqla əsaslandırmağa çalışır. Təşkilatın yaydığı bəyanatda imzalanmış sənədin Azərbaycanı, guya, keçmişdə törətdiyi “soyqırımı”na görə haqlı çıxardığı, onların öz sözləri ilə desək, legitimləşdirdiyi iddia edilir. Bu yanaşma, nəinki beynəlxalq hüquqa, həm də real siyasi vəziyyətə ziddir. Çünki tərəflərin öz aralarında razılaşması və bu razılaşmanın beynəlxalq aləm tərəfindən müsbət qarşılanması hansısa “cinayətin ört-basdır edilməsi” yox, sülh naminə atılan addımların dəstəklənməsidir.

ANCA-nın diqqətə çatdırdığı “əsas prioritetlər” isə uzun illər regionda sülhü mümkünsüz edən köhnə yanaşmanın təkrarıdır. Təşkilat  Qarabağ ermənilərinin qayıdışı, xristian abidələrinin müdafiəsi və “erməni əsirlər”in azad edilməsi kimi məsələləri qabartmaqla bir tərəfdən hisslərlə oynayır, digər tərəfdən isə bu məsələləri yeni reallıqlarla uzlaşdırmaqdan imtina edir. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ bölgəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, ölkəmizin müxtəlif yerlərinə səpələnmiş keçmiş məcburi köçkünlərin qayıdış prosesi uğurla reallaşdırılır və sülh sazişinin imzalanması istiqamətində işlər yekun mərhələyə qədəm qoyub. Bu mərhələdə həllini gözləyən məsələlərdən biri də indiyədək şərti xarakter daşıyan dövlət sərhədlərinin müəyyənləşdirilməsidir. Bütün bu məsələlər yalnız qarşılıqlı etimada əsaslanan diplomatik dialoq vasitəsilə həll oluna bilər.

Bəyanatda yer alan digər bir yanlış iddia isə Azərbaycan ordusunun, guya, Ermənistanın “suveren ərazisində” mövcudluğudur. Yeri gəlmişkən, qeyd edək ki, bu məsələ Ermənistandakı radikal revanşist kəsim tərəfindən də tez-tez qaldırılır. Onlar iddia edirlər ki, Azərbaycan Ermənistanın 1 faiz ərazisini zəbt edib. Halbuki, radikalların və onlara züy tutanların Azərbaycanı işğalda ittiham etmələri heç bir əndazəyə sığmır və prosesləri tormozlamağa xidmət edir. Prezident İlham Əliyev hələ 2021-ci il iyulun 22-də AzTv-yə müsahibəsində bu məsələyə münasibət bildirərək deyib: “Təbii ki, bu məsələ səfər zamanı Şarl Mişellə (Avropa İttifaqı Şurasının sabiq prezidentinin 2021-ci il iyulun 18-də Bakıya etdiyi səfər nəzərdə tutulur–S.H.) müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib...”

Zənnimizcə, Prezident İlham Əliyevin bəyan etdiyi bu fikirlər qarşı tərəfdəki radikallara, yəni, Azərbaycanı hansısa torpaqları tutmaqda ittiham edənlərə aydın mesaj olmalıdır. Onlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan Ordusunun hazırda dayandığı ərazidən çıxarılması heç bir şəkildə müzakirə predmeti ola bilməz.

Digər tərəfdən, bu tezisin özü belə danışıqlara kölgə salmaq və regionda gərginliyi yenidən qızışdırmaq məqsədi güdür. Halbuki, son razılaşmalar bir daha göstərir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi tərəflər arasında razılıq əsasında, mərhələli və sülh yolu ilə həll olunur. Məhz bu səbəbdəndir ki, beynəlxalq birlik Vaşinqton sənədinə müsbət yanaşır və onu regionda sabitliyin əsası hesab edir. ANCA-nın bu prosesə qarşı çıxması isə yalnız destruktiv dairələrin və ekstremist qrupların mövqeyini əks etdirir. Belə bəyanatlar nə Ermənistanın inkişafına, nə də region xalqlarının təhlükəsizliyinə xidmət edir. Əksinə, bu cür yanaşmalar real və məsuliyyətli siyasətin qarşısını almağa yönəlmiş addımlardır.

ANCA icraçı direktorunun son açıqlaması təşkilatın Azərbaycan–Ermənistan sülh prosesinə münasibətindəki ənənəvi mövqeyin davamı kimi dəyərləndirilə bilər. Hambaryan razılaşmanı “zorla qovulma”nın tanınması və Azərbaycanın hansısa mücərrəd “yeni təcavüz”ünə zəmin kimi təqdim etməyə çalışır. Halbuki bu məsələdə də reallıq tam fərqlidir. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində suverenliyini bərpa etməsindən sonra bölgədə hərbi toqquşmalara son qoyulub və sabitlik yaranıb. Ermənistan və Azərbaycan arasında imzalanmış sənəd bu sabitliyi hüquqi çərçivəyə salmaq məqsədi daşıyır və qeyd etdiyimiz kimi, beynəlxalq aləmdə də müsbət qarşılanır.

Amerikada şad-xürrəm, qayğısız ömür sürən, necə deyərlər, yağ-bal içində yaşayan bu zatın fikirləri isə Ermənistanı sülhdən çəkindirməyə, onu davamlı təhlükə içində göstərməyə, keçmişə qaytarmağa, əhalisini isə yoxsul, miskin yaşamağa çağırışdır. Bu cür mövqelər təkcə Cənubi Qafqazda normallaşma prosesini əngəlləmir, həm də Ermənistanın inkişafını ləngidir. “Amerika erməniləri ədalət tələb edir” iddiası isə bütün diasporu eyni düşüncədə göstərmək cəhdidir ki, bu da reallığa uyğun deyil. Çünki ABŞ-da yaşayan bir çox erməni də artıq münaqişənin bitməsinin və regionda əməkdaşlıq mühitinin yaranmasının vacibliyini anlayır. Hambaryan kimi şəxslər isə bu dəyişiklikləri qəbul etməyə hazır deyillər. Onlar üçün sülh deyil, qarşıdurmanın davamı vacibdir. Bu baxımdan onun bəyanatı siyasi zəmindən çox, emosional çağırışlar toplusudur və real diplomatik proseslərə uyğun gəlmir.

Ramiyə MƏMMƏDOVA, 
politoloq

Aram Hambaryanın son açıqlaması ANCA-nın uzun illərdir yürütdüyü siyasətin məntiqi davamıdır. Onun Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanı özünəməxsus şəkildə təqdim etməsi hadisələrə birtərəfli və qərəzli yanaşmanın göstəricisidir. Halbuki bu sənəd bölgədə sülh və təhlükəsizlik üçün yeni imkanlar açır, silahlı qarşıdurmaların təkrarlanmasının qarşısını almağa xidmət edir. Hambaryan hansısa yeni “təcavüz” riskindən danışsa da, əslində, son razılaşmalar iki dövlət arasında sülhün və qarşılıqlı etimadın bərpası məqsədi daşıyır.

Təəssüf ki, ANCA rəhbərliyi sülh prosesinin mahiyyətinə deyil, onun doğura biləcəyi daxili siyasi nəticələrə fokuslanır. Hambaryanın fikirləri diasporu təmsil edən müxtəlif mövqeləri nəzərə almayan, yeknəsəq və qütbləşdirici yanaşmadır. ABŞ-da yaşayan bütün ermənilərin sülhə qarşı olduğu iddiası da reallığı əks etdirmir. Əksinə, getdikcə daha çox diaspor nümayəndəsi anlayır ki, bölgədə sabitliyin yaranması Ermənistanın inkişafı və təhlükəsizliyi üçün yeganə yoldur.

Səxavət HƏMİD 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri