Ancelina və Bred barışıb?
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktyorlar Bred Pitt və Ancelina Coli arasında Fransada yerləşən “Château Miraval” şərab zavodu ilə bağlı uzun illərdir davam edən mübahisə nəhayət həllini tapıb.
OLAY yazır ki, bu barədə keçmiş həyat yoldaşları birgə açıqlama yayıblar.
Birgə açıqlamada tərəflər mübahisənin ailənin maraqları nəzərə alınaraq, məhkəmədən kənar qaydada həll edildiyini bildiriblər. Pitt və Coli məsələ ilə bağlı əlavə şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, məşhur cütlük şərab zavodunu 2008-ci ildə satın alıb, altı il sonra, 2014-cü ildə isə məhz həmin ərazidə ailə həyatı qurub. Boşandıqdan sonra Ancelina Coli biznesdəki payını satmaq qərarına gəlib. Əvvəlcə payını keçmiş həyat yoldaşına verməyi planlaşdırsa da, razılaşma baş tutmayıb. 2021-ci ildə aktrisa öz payını Tenute del Mondo şirkətinə 67 milyon dollara satıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















