Ançelotti: “Rafinya özü millinin düşərgəsində qalmaq istədi”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İspaniyanın “Barselona” klubunda çıxış edən Rafinyanın milli komandanın düşərgəsində qalmaq qərarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis 29 yaşlı hücumçunun bu addımını milliyə bağlılığının göstəricisi kimi qiymətləndirib.
“Rafinya özü komanda ilə qalmaq istədi. O, milliyə böyük sevgi nümayiş etdirdi. Qırmızı vərəqə almasına baxmayaraq, komandadan ayrılmaq istəmədi. Bu, çox vacib göstəricidir. Xüsusilə də komandanın liderlərindən biri olan Rafinyanın belə davranışı kollektivdə sağlam mühitin olduğunu göstərir”, – deyə Ançelotti bildirib.
Qeyd edək ki, noyabrın 14-də Sinqapurda keçirilən yoldaşlıq görüşündə Braziliya millisi Yaponiyaya 2:3 hesabı ilə məğlub olub. Matçın sonlarında hakim qərarlarına etiraz edən Rafinya və Ançelotti qırmızı vərəqə ilə cəzalandırılıblar.
Bu səbəbdən braziliyalı hücumçu noyabrın 17-də Sinqapurla keçiriləcək növbəti yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Buna baxmayaraq, o, komanda ilə qalmağı seçib. Rafinyanın həmin oyundan sonra “Barselona”ya qayıdaraq Hansi Flikin rəhbərliyi altında məşqlərə qoşulacağı gözlənilir.
Xatırladaq ki, Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















