Ünvan Rusiya: Azərbaycanı ciddi demoqrafik problem gözləyir İqtisadçıdan ŞƏRH
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ilin ilk doqquz ayında Rusiyaya işləmək məqsədilə ən çox miqrant göndərən ölkələrin siyahısı açıqlanıb. Statistikaya əsasən, Azərbaycan vətəndaşları bu göstərici üzrə ilk onluqda yer alıblar.
TASS-ın məlumatına görə, yanvar-sentyabr aylarında Rusiyaya işləmək üçün ən çox Özbəkistan vətəndaşları üz tutub. Bu ölkədən Rusiyaya 1 milyon 535 min 26 nəfər gedib. Siyahıda ikinci yeri 665 min 892 nəfərlə Tacikistan, üçüncü yeri isə 289 min 61 nəfərlə Qırğızıstan tutub.
İlk beşlikdə, həmçinin 176 min 37 nəfərlə Qazaxıstan və 127 min 176 nəfərlə Çin qərarlaşıb. Ermənistan 111 mindən çox əmək miqrantı ilə altıncı, Azərbaycan isə 83 min 991 nəfərlə yeddinci yerdədir.
Rusiyaya işləmək üçün üz tutanların sayına görə digər ölkələr arasında Hindistan (38 min 816 nəfər), Türkmənistan (19 min 38 nəfər) və Türkiyə (12 min 873 nəfər) də yer alıb.
Qeyd edək ki, Özbəkistan 2025-ci ildə də Rusiyaya ən çox əmək miqrantı göndərən ölkə olub. Ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin 1 milyon 771 min 406 vətəndaşı işləmək məqsədilə Rusiyaya gedib. Bu, 2026-cı ilin eyni dövrünün göstəricisindən 236 min 380 nəfər çoxdur.
Mövzunu Sherg.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, əvvəlki illərlə müqayisədə Rusiyaya işləmək üçün gedən Azərbaycan vətəndaşlarının sayında müəyyən azalma müşahidə olunsa da, son illərin dinamikasında yenidən artım qeydə alınır.
İqtisadçının sözlərinə görə, 1990-cı illər və 2000-ci illərin əvvəlləri ilə müqayisədə əmək miqrasiyasının miqyası hazırda daha aşağıdır:
“Lakin 2020, 2021, 2022 və 2023-cü illərin göstəriciləri ilə müqayisədə son dövrdə artımın qeydə alınması narahatlıq doğurur. Azərbaycanda iş yerləri, qazanc imkanları və məşğulluqla bağlı problemlər davam etdikcə əmək miqrasiyasının artması qaçılmazdır”.
İqtisadçı bu tendensiyanın demoqrafik vəziyyətə də mənfi təsir göstərə biləcəyini vurğulayıb:
“Ölkədə doğum sayının azalması ilə yanaşı, əmək qabiliyyətli əhalinin xaricə miqrasiyasının artması uzunmüddətli perspektivdə ciddi demoqrafik problemlərə yol aça bilər. Bu proses davam edərsə, Azərbaycanın əhali artımı ilə bağlı çətinliklərlə üzləşməsi ehtimalı yüksələcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 16 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















