Andrey Yatskin: Ümid edirəm ki, bugünkü görüş Xəzərin müdafiəsi üçün konkret tədbirlər hazırlamağa imkan verəcək AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilir. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin üzvü olaraq bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımıza dəstək olmağımızdan məmnunam.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Parlament Görüşündə iştirak edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin deyib. Tədbirin əhəmiyyətini vurğulayan sədr müavini qeyd edib ki, parlamentlərin iqlim müdafiəsi üçün səsi daha çox çıxmalıdır. Çünki parlamentlər xalqın fikrini ifadə edir: "Burada ilk görüş çərçivəsində iqlim dəyişmələrindən qorunma tədbirlərinin hazırlanması, həmçinin su obyektlərinin qorunması ilə bağlı bir sıra konkret təkliflər təqdim olunub. Bilirsiniz ki, ölkəmiz Azərbaycan ilə birlikdə prezidentlərin tapşırığı ilə Xəzərin qorunması üzrə tədqiqatlar və tədbirlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş Xəzər dənizinin müdafiəsi üçün konkret tədbirlər hazırlamağa imkan verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















