Icma.az
close
up
RU
AnewZ mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb

AnewZ mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"AnewZ" telekanalı müasir dövrün ən kəskin humanitar problemlərindən biri olan mina təhlükəsi və onun mülki əhali üçün ağır nəticələrinə həsr olunmuş "Ani partlayışlar: minaların məhv etdiyi talelər" adlı xüsusi reportaj hazırlayıb.

Oxu.Az xəbər verir ki, materialda mina partlayışları nəticəsində həyatları həmişəlik dəyişən insanların - yaxınlarını və sağlamlığını itirənlərin real hekayələri təqdim olunub.

Reportajda hər gün öz həyatlarını riskə ataraq əvvəllər işğal olunmuş əraziləri minalardan təmizləyən və insanlara təhlükəsiz gələcəyə ümid qaytaran istehkamçıların fəaliyyətindən də bəhs edilir.

Materialda Azərbaycanın minalanmış ərazilərindən biri kimi tanınan, çox vaxt "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərinə xüsusi diqqət ayrılıb.

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) xidmət zamanı həmkarlarımdan bəziləri minaların qurbanı oldular. Buna görə də mina təhlükəsi mövzusu mənim üçün həmişə ağrılı olub. Bu gün minalardan təmizlədiyimiz ərazilərdə artıq bərpa işləri gedir. İnsanların öz evlərinə təhlükəsiz şəkildə qayıda bilməsi üçün böyük məsuliyyət hiss edirik. Humanitar minatəmizləmə sadəcə iş deyil, mürəkkəb və son dərəcə məsuliyyətli bir missiyadır", - ANAMA-nın əməliyyat meneceri Xalid Zülfüqarov qeyd edib.

Reportajın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini minatəmizləmə təşəbbüslərinin gücləndirilməsi və zərərçəkənlərə dəstək göstərilməsinin zəruriliyinə cəlb etməkdir.

26 yaşlı ukraynalı əsgər Aleksey "AnewZ" telekanalına mina qurbanı olması və ayağını itirməsi barədə danışıb. Reportajda onun reabilitasiyası və yeni həyata uyğunlaşma prosesi göstərilib.

Materialda tamaşaçılar həmçinin Azərbaycan QHT-si tərəfindən təşkil olunmuş Avropada mina qurbanları haqqında ilk fotosərgidən kadrları görə bilərlər. Bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini mina probleminə və onların mülki əhali üçün nəticələrinə cəlb etməyə yardım göstərir.

Xatırladaq ki, fotosərgi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Gilavar" Foto Klubu İctimai Birliyi tərəfindən təşkil olunub.

Materialı oxucuların diqqətinə təqdim edirik:

"AnewZ" mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri