AnewZ telekanalının fəaliyyətə başlamasının 1 ili tamam olur
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın ilk ingilisdilli beynəlxalq telekanalı "AnewZ" fəaliyyətinin birinci ilini qeyd edir. SİA xəbər verir ki, ötən müddətdə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin səsini dünyaya çatdırmaq, qlobal informasiya məkanında Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.
Bir il ərzində kanal "Reuters", BBC, "Euronews" kimi nüfuzlu media qurumlarının istinad etdiyi xəbər mənbəyinə çevrilib.
Telekanal hazırda 110-dan çox ölkəyə peyk vasitəsilə yayımlanır və 6 milyondan artıq onlayn izləyiciyə malikdir.
Hazırda kanalda dünyanın aparıcı media orqanlarında kifayət qədər zəngin iş təcrübəsinə malik insanlar çalışır.
"Report" İnformasiya Agentliyi telekanalın rəhbərliyi və əməkdaşlarını bu gün münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















