“Barselona“ Xulian Alvareslə danışıqlara görə cərimələnib
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya Kral Futbol Federasiyası "Atletiko"nun (Madrid) hücumçusu Xulian Alvareslə bağlı aparılan araşdırmanın yekununda "Barselona" klubunu cərimələyib.
Moderator.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu yay İspaniya Kral Futbol Federasiyasına və FIFA-ya şikayət ünvanlayıb.
Madrid kollektivi kataloniyalıları futbolçu ilə əvvəlcədən yazılı bildiriş təqdim etmədən danışıqlar aparmaqda ittiham edib.
Daha sonra məsələ ilə bağlı intizam araşdırmasına başlanılıb. Araşdırmanın nəticəsində qayda pozuntusu yüngül xarakterli hesab edilib. Buna baxmayaraq, "Barselona" İntizam Məcəlləsinin 133-cü maddəsinə əsasən, nəzərdə tutulan maksimum məbləğdə - 602 avro cərimələnib.
Qeyd edək ki, "Barselona" 2019-cu ildə də "Atletiko"nun şikayəti əsasında Antuan Qrizmannla aparılan danışıqlara görə 300 avro cərimələnmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Oktyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















