Icma.az
close
up
RU
Anım Günü eyni anda həm qürur, həm də ehtiram günüdür Millət vəkili

Anım Günü eyni anda həm qürur, həm də ehtiram günüdür Millət vəkili

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"27 Sentyabr müasir tariximizin şərəf və qəhrəmanlıqla yazılmış səhifələrindən biri olan Vətən müharibəsinin başlanmasının 5-ci ildönümüdür. Bu tarix yalnız savaşın başlanğıcı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda milli iradəsinin təntənəsidir.  5 il öncə Azərbaycan xalqı bir yumruq kimi birləşərək, işğal altında olan torpaqlarımızı azad etmək naminə mübarizəyə qalxdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində 44 gün ərzində tarix yazıldı".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki,  bu qələbə təkcə torpaqların azad olunması deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəlişi, beynəlxalq hüququn zəfəri idi. Anım Günü bizə həm də bu mübarizəni unutmağa qoymayan bir ümumxalq yaddaş çağırışıdır:

"Anım Günü eyni anda həm qürur, həm də ehtiram günüdür. Qürurluyuq, çünki biz işğal altında olan torpaqlarımızı öz gücümüz, birliyimiz və haqq savaşımızla azad etdik. Ehtiramlıyıq, çünki bu Zəfərin memarı olan şəhidlərimizi və qazilərimizi dərin minnətlə yad edirik. Çünki biz o müqəddəs canların bahasına 30 illik işğala son qoyduq. Təkcə torpaqlarımızı deyil, eyni zamanda ləyaqətimizi, milli kimliyimizi, tarixi ədaləti bərpa etdik. Artıq Qarabağda yeni həyat başlayıb. İnfrastruktur qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa olunur. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətimizin strateji baxışı sayəsində "Böyük Qayıdış" reallığa çevrilməkdədir. Artıq azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır, o torpaqlar yeni həyatla nəfəs alır. Eyni zamanda, biz bu günü qeyd edərkən Ermənistanla sülh prosesinə də aydın baxışla yanaşmalıyıq. Əldə olunmuş reallıqlar fonunda Ermənistan Konstitusiyasının dəyişdirilməsi, qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında bölgədə davamlı sülhə aparan vacib addımlardan biridir. Azərbaycanın mövqeyi açıq və prinsipialdır: regionda dayanıqlı sülh yalnız qarşılıqlı tanınma və ədalətə əsaslana bilər.  Azərbaycan xalqının iradəsi, ruhu və milli birliyi sarsılmazdır. Bu birlik bizim ən güclü silahımızdır və gələcəkdə də dövlətimizi daha da gücləndirəcək əsas amildir.Bu əlamətdar gündə başda şəhidlərimizin ailələri olmaqla, bütün qazilərimizi ehtiramla anır, xalqımıza səbir və qürur arzulayıram".

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri