Icma.az
close
up
RU
Ankara ABŞ İran gərginliyində vasitəçi olacaq?

Ankara ABŞ İran gərginliyində vasitəçi olacaq?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti və regional proseslər də müzakirə olunub.

Ərdoğan İran-ABŞ münasibətlərində diplomatik yolların ön planda saxlanmasının vacibliyini vurğulayıb, eyni zamanda Türkiyənin regional sabitlik, Qəzzanın bərpası və sülh təşəbbüslərinə dəstəyini bir daha bəyan edib. Bu telefon danışığı fonunda Ankaranın həm Vaşinqtonla əməkdaşlığı, həm də regiondakı vasitəçilik rolunun perspektivləri diqqət çəkir.

Maraqlıdır, ABŞ və Türkiyə liderlərinin telefon danışığında diplomatiya, regional təhlükəsizlik və Yaxın Şərqdə sülh təşəbbüslərinin ön plana çıxarılması Ankaranın bölgədə vasitəçi və balanslaşdırıcı rolunu gücləndirə bilərmi?

Bu yanaşma İran-ABŞ gərginliyinin idarə olunması və regional sabitliyin qorunması baxımından hansı real nəticələri verə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Beynəlxalq siyasət üzrə ekspert İsmail CİNGÖZ açıqlama verib. 

Ekspert bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığı yalnız Türkiyə-ABŞ ikitərəfli münasibətləri baxımından deyil, həm də Yaxın Şərqdə getdikcə formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası baxımından əhəmiyyət daşıyır:

"Görüşdə İran-ABŞ gərginliyindən Qəzzaya və regional təhlükəsizlik mexanizmlərinə qədər geniş gündəmin müzakirə olunması Türkiyənin regional böhranlardan kənarda qalan ölkə deyil, həll proseslərinin mərkəzində yer alan aktor olduğunu bir daha göstərir.

Türkiyənin ən mühüm üstünlüklərindən biri eyni vaxtda müxtəlif, hətta bir-biri ilə problem yaşayan aktorlarla dialoq qura bilməsidir. Ankara Vaşinqtonla NATO müttəfiqliyi çərçivəsində təmaslarını davam etdirərkən, İranla birbaşa əlaqə saxlaya bilir. 

Eyni zamanda Səudiyyə Ərəbistanı, Pakistan, Qətər və digər region ölkələri ilə getdikcə inkişaf edən münasibətləri sayəsində geniş diplomatik manevr imkanlarına malikdir. Bu xüsusiyyət Türkiyəyə klassik mənada vasitəçilikdən əlavə, böhranların nəzarət altına alınmasında balanslaşdırıcı və asanlaşdırıcı güc olmaq imkanı verir".

İsmail CİNGÖZ vurğulayıb ki, İran ilə ABŞ arasındakı gərginliyin hərbi üsullarla davamlı şəkildə həll edilə biləcəyini düşünmürəm. Əksinə, yeni bir qarşıdurma dalğası İrandan Körfəzə, İraq və Suriyadan Şərqi Aralıq dənizinə qədər geniş bir coğrafiyada təhlükəsizlik, enerji və ticarət balanslarını sarsıda bilər:

 "Bu səbəbdən Prezident Ərdoğanın diplomatik kanalların sonadək açıq saxlanılmasına yönəlmiş çağırışı son dərəcə əhəmiyyətlidir. Türkiyənin Vaşinqton və Tehran arasında kommunikasiya əlaqələrini asanlaşdıra biləcək ölkələrin başında gəlməsi də Ankaranın diplomatik çəkisini artırır.

Qəzza məsələsi də regional sülhdən ayrı nəzərdən keçirilə bilməz. Qəzzada davamlı atəşkəsin təmin olunması, fələstinlilərin təhlükəsizliyinin təminat altına alınması və yenidənqurma prosesinin başlanması reallaşmadan Yaxın Şərqdə davamlı sabitlik mühitinin yaradılması olduqca çətindir. 

Prezident Ərdoğanın görüşdə Türkiyənin Qəzzanın yenidən qurulmasına və davamlı sülh təşəbbüslərinə dəstəyini davam etdirəcəyini xüsusilə vurğulaması da bu baxımdan əhəmiyyətlidir.

Hazırkı mərhələdə Türkiyənin xarici siyasət mövqeyini “tərəflərdən birinin yanında yer alan ölkə” anlayışından daha çox, öz milli maraqlarını qoruyaraq regional balansları idarə edən və zərurət yarandıqda tərəfləri eyni diplomatiya masası ətrafında bir araya gətirə bilən strateji mərkəz ölkə kimi qiymətləndirmək lazımdır.

Əgər Ankara çoxşaxəli diplomatik imkanlarını qoruyub saxlaya bilsə, Türkiyə qarşıdakı dövrdə yalnız Yaxın Şərqdəki proseslərdən təsirlənən aktor deyil, regional nizamın formalaşmasına birbaşa töhfə verən əsas ölkələrdən biri olacaq".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri