Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
“MicroFest: Kiçik hekayələr 2026” beynəlxalq festivalının çərçivəsində keçirilən “Başqa Azərbaycan” layihəsi və onun əsas ideyası böyük marağımıza səbəb oldu. Bu sərgi üçün milli elementləri özündə birləşdirən xüsusi kollaj hazırlamışıq. Azərbaycan rəssamının əsərini, zərgərlik nümunələrini, xalçanı və milli rəmzləri bir araya gətirərək vahid kompozisiya yaratmışıq.
Bunu AZƏRTAC-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
Onun sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, zəngin və qədim tarixi, eləcə də insanların qonaqpərvərliyi onda böyük təəssürat yaradıb.
“Azərbaycanlılar çox mehriban, səmimi və istiqanlıdırlar. Bizə münasibətləri olduqca isti və dostyana olub. Ölkənin memarlığı da diqqətimizi cəlb edib. Ümumiyyətlə, Azərbaycanda bizi heyran edən çoxsaylı məqamlar var”, – deyə səfir əlavə edib.
Müxbir - Günel Alıyeva
Fotoqraf - Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Noyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















