Sabiq “Real”lı “butslarını asdı”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyalı qapıçı Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Futbolpress.az xəbər verir ki, “Real”ın (Madrid) yetirməsi olan qolkiper sosial şəbəkə hesabında videomüraciət paylaşaraq uzun müddət fikirləşdikdən sonra bu addımı atdığını bildirib.
Xatırladaq ki, 2010-cu ildə “Real”ın əsas komandasında debüt edən Adan 2012-ci ildə Joze Mourinyo ilə İker Kasilyas arasındakı məşhur qarşıdurma fonunda şans qazanmışdı. Karyerası ərzində “Kalyari”, “Real Betis”, “Atletiko” (Madrid), Lissabon “Sportinq”i kimi tanınmış klubların şərəfini qoruyan qapıçının son klubu İranın “İstiqlal” kollektivi olub.
Baxış sayı:24
Bu xəbər 18 Noyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















