Icma.az
close
up
RU
Ankara Əliyev Paşinyan razılaşmasından niyə kənarda qaldı? Türk politoloqdan SENSASİYA

Ankara Əliyev Paşinyan razılaşmasından niyə kənarda qaldı? Türk politoloqdan SENSASİYA

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Hamıya məlumdur ki, ABŞ təkbaşına beynəlxalq hökmranlığa nail olmaq üçün bütün mümkün alternativlərə qarşı siyasi və iqtisadi təzyiq göstərməyi özü üçün həyati vacib məsələ hesab edir. Bu kontekstdə ABŞ indiyədək Rusiyaya qarşı kifayət qədər aqressiv siyasət yürütməkdən də çəkinmədi. Ukrayna müharibəsi, Suriya və hətta Liviya bu iddialı siyasətin “hard politik” sahələri idi”.

Bu fikirləri İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli Globalinfo.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə ABŞ, AzərbaycanErmənistan liderlərinin tarixi görüşü ABŞ-ın Rusiyaya qarşı fərqli strategiya həyata keçirdiyindən xəbər verir:

“Fikrimcə, bu strategiya əvvəlkilərdən daha effeklidir. Rusiya yaxın tarix  boyunca arxa bağçası hesab etdiyi bu bölgədə müharibənin qartalı roluna malik olduğu halda, ABŞ dünən eyni bölgə və ölkələr üzərində sülh göyərçini rolunu öz üzərinə götürdü.

Bu razılaşma ilə üç lider 35 ilə yaxındır davam edən qarşıdurmaya son qoymağı hədəfləyən sülh müqaviləsi və birgə bəyannamə imzaladılar. Bəyannamədə münaqişənin dayandırılması, diplomatik münasibətlərin qurulması və qarşılıqlı ərazi bütövlüyünə hörmət etmək öhdəliyi yer alıb.

Razılaşma çərçivəsində Cənubi Qafqazda strateji tranzit dəhlizinin yaradılması qərara alınıb. Bu “Tramp marşrutu” Azərbaycanı Naxçıvana, beləliklə də Türkiyəyə birləşdirəcək; enerji, ticarət və texnologiya xətlərinə ev sahibliyi edəcək. ABŞ bu dəhlizdə inkişafa dair eksklüziv hüquqlara sahib olacaq”.

F.Birdişli hesab edir ki, bu addım Rusiyanı Ukrayna müharibəsindən də böyük təzyiq altında qoyacaq və onun regiondakı təsirini məhdudlaşdıracaq.

“Bu razılaşmanın gözlənilən nəticəni verib-verməyəcəyini şərh etmək hələ tezdir, lakin buna baxmayaraq, deyə bilərik ki, bu region uzun müddətdir (I Dünya müharibəsindən indiyədək) adət etmədiyi prosesə şahidlik edir.

Həmçinin oxuyun:

İsrail Güney azərbaycanlı müxaliflərlə danışıqlar aparır: plan başqadır! – Şmuleviçdən ŞOK

Bu razılaşma ilə bağlı proses gözlənildiyi kimi davam edərsə, onun geosiyasi nəticələri Rusiyanın bölgədəki təsirinin çəkilməsi ola bilər.

Trampın Putinə Ukraynadakı müharibəni bitirmək çağırışı cavabsız qaldıqdan sonra bu razılaşmanın ABŞ-ın “B planı” olduğunu deyə bilərik”.

Fikret Birdişli

O, Türkiyənin Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsində fəal rol oynamasına rəğmən belə bir sazişdən kənarda qalması və ya belə bir razılaşmanı təmin edə bilməməsi ilə bağlı tənqidlərin reallıqla uzlaşmadığını vurğulayıb:

Türkiyə bu prosesə öz töhfəsini vermiş olsa belə, tərəfləri belə bir razılaşma üçün Ankarada masaya oturtmaq imkanı və bacarığından məhrum idi. Ancaq bu razılaşmanın istənilən halda Türkiyəyə də üstünlüklər verəcəyini nəzərdən qaçırmaq olmaz. Bu razılaşmanın icrası və davamlılığı ilə bağlı Türkiyəni görməzdən gəlməkdənsə, ABŞ və region ölkələrinin Türkiyə ilə əməkdaşlıq etməsi daha məntiqli olardı”.

Politoloq yekun olaraq deyib ki, bu saziş Rusiyanın Cənubi Qafqazda təsirini azaldan strateji müqavilədir:

“Rusiyanın bu addıma necə cavab verəcəyi maraq doğurur. Böyük güclər arasında geosiyasi rəqabətdən kənarda bu iki ölkə arasında qalıcı sülhün əldə edilməsi regionun və onun xalqlarının gələcəyi baxımdan mühüm nəticələr verəcək. Lakin, bunun üçün vaxtından əvvəl gözləntilər və romantik şərhlər iki icma arasında zamanla yığılmış düşmənçiliyi gözardı etmək demək olar. Ona görə də bu sazişin effektivliyi təkcə siyasi gedişlərdən deyil, həm də hər iki tərəfin atacağı sosial, mədəni və iqtisadi addımlardan asılıdır. Aradan qaldırılmalı olan çox sayda qərəzli məsələlər var. Əgər bunlar aradan qaldırılmasa, region manipulyasiyaya qarşı həssas olaraq qalacaq”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri