Icma.az
close
up
RU
“Ankara hədəfdədir” iddiasına Bakıdan CAVAB 5 bölgədə aktivlik var

“Ankara hədəfdədir” iddiasına Bakıdan CAVAB 5 bölgədə aktivlik var

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçək Globalinfo.az-a müsahibəsində ölkəsinin hazırda NATO-nun hədəfində olduğunu bildirib.

Sitat: “NATO hazırda Türkiyə sərhədlərində təlimlər keçirir. Dədəağaç, Gümülcinədən Baltik dənizinə qədər uzanan ərazidə səkkiz NATO ölkəsi ABŞ-ın komandanlığı altında bu təlimdə iştirak edir. Və bu təlimin hədəfi Türkiyədir.”

NATO və Türkiyə arasında nə baş verir? Gərginliyin olması nə dərəcədə realdır və bunun səbəbi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, heç bir gərginlik yoxdur:

“Əksinə, bütövlükdə Qərb, xüsusilə NATO üçün Türkiyə əhəmiyyəti artan və dinamik inkişaf edən güclü dövlət kimi yeni status almaqdadır. İndi böyük güclər Bakı və ya Ankaranın adını çəkdikdə, faktiki olaraq “Türkiyə-Azərbaycan” tandemini nəzərdə tuturlar. Son zamanlar isə ən çox göz önünə gələn Türk Dövlətləri Təşkilatıdır (TDT).

Türkiyə NATO-nun yeganə üzvüdür ki, Yaxın Şərq, Şərqi Avropa, Mərkəzi Asiya və hətta Uzaq Şərqdə sülhyaradıcı rol oynaya bilir. Türk diplomatiyası ABŞ, Avropa İttifaqı (Aİ), Rusiya-Ukrayna, Suriya, Liviya, Pakistan-Hindistan, İran arealında çox fəaldır. Türk diplomatiyasının uğurlu nümunəsi olan Azərbaycan diplomatiyası da Türkiyə, İsrail, Ukrayna, Rusiya, Suriya, hətta Afrika və Sakit Okean hövzəsində, eyni zamanda Avropada da aktivdir”.


Füzuli Qurbanov

Siyasi şərhçi bildirib ki, NATO bu qədər böyük, fəzilətli, sülhpərvər gücə qarşı heç bir addım atmaz:

“Bundan əminəm. Əksinə, Qərb diplomatiyası praqmatik və rasionaldır. Ona görə də bu gücdən yararlanmağa çalışar.

Türkiyə böyük dövlətdir, orada Perinçək də danışa, yaxud bəlkə də, danışdırıla bilər. Lakin bu, yalnız bir səsdir və müəyyənedici deyil”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri