Icma.az
close
up
RU
İsrail Yunanıstan Kipr oxu: Ankara niyə hədəfdədir?

İsrail Yunanıstan Kipr oxu: Ankara niyə hədəfdədir?

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülhə nail olmaq istiqamətində göstərdiyi diplomatik səylərə baxmayaraq, regionda böhran hələ də nəzarət altına alına bilmir. Nisbi sakitlik görüntüsü aldadıcıdır və proseslərin gedişi bölgənin hər an yeni, daha genişmiqyaslı qarşıdurmalara sürüklənə biləcəyini göstərir.

İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a son səfəri, ardınca İsrail-Livan xəttində Hizbullahın yenidən hədəfə alınması və təşkilat rəhbərliyinin İsrailə sərt cavabları gərginliyin artdığını açıq şəkildə nümayiş etdirdi. Paralel olaraq Suriyada vəziyyət daha mürəkkəb fazaya keçir. Bölgədə maraqlı olan güclər Suriya kartını yenidən aktivləşdirərək xaosu dərinləşdirməyə çalışırlar.

Bu kontekstdə ABŞ mediasında yayılan məlumatlar xüsusi diqqət çəkir. “The New York Times” qəzetinin təhlilinə görə, devrilmiş Əsəd rejiminin bəzi yüksək rütbəli generalları sürgündə olsalar da, Suriyada silahlı üsyan planları üzərində işləyirlər. Məqsədin Suriya sahillərinə nəzarəti ələ keçirmək və yeni hökuməti sarsıtmaq olduğu bildirilir. İddialara görə, yüz minlərlə döyüşçünün və ciddi silah arsenalının toplanması planlaşdırılır. Bu isə Suriyada məzhəb qarşıdurmasının yenidən alovlanması riskini artırır.

Eyni vaxtda İsrail regionda hərbi və strateji mövqelərini möhkəmləndirməyə çalışır. İsrail-Yunanıstan-Kipr üçtərəfli hərbi əməkdaşlıq planları genişləndirilir, yeni birgə təlimlər və strateji dialoqlar razılaşdırılır. İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemlərini gücləndirməsi də bölgədə uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir.

İsrailin bölgədəki əsas narahatlığı Türkiyə faktorudur. Çünki indiki şəraitdə İsrailin Yaxın Şərqdə əsas dominant ölkə rolu oynamasına qarşı çıxa biləcək yeganə güc Türkiyədir. Ankaranın son illərdə Yaxın Şərqdə mövqeyinin güclənərək ciddi aktora çevrilməsi, Təl-Əvivin bölgədəki oyunlarını əngəlləyən ən ciddi faktordur. 

Ankara ilə Dəməşq arasında artan təmaslar, xüsusilə 10 mart razılaşması İsrail mediasında “təhlükəli dövrün başlanğıcı” kimi qiymətləndirilir. Türkiyənin Suriyanın şimal-şərqində PKK/YPG-nin təsirinin aradan qaldırılması və bu strukturların mərkəzi hakimiyyətə inteqrasiyası tələbi İsrail üçün strateji risk kimi görülür. İsrail tərəfi Türkiyənin Suriyada artan təsirini Ankaranın bölgədə yeni güc oxu formalaşdırmaq cəhdi kimi dəyərləndirir.

İsrailin digər ciddi narahatlığı isə Türkiyənin Suriyada radar və hava nəzarət sistemləri yerləşdirə biləcəyi ilə bağlıdır. İsrail mediasına görə, bu addım İsrail Hərbi Hava Qüvvələrinin Suriya hava məkanında və xüsusilə İrana qarşı əməliyyat azadlığını ciddi şəkildə məhdudlaşdıra bilər. Bu səbəbdən İsrail son dövrlərdə Suriyadakı bəzi hava bazalarını hədəfə alaraq “önləyici zərbələr” endirib.

Bütün bunların fonunda İsrailin  PYD/YPG-nin də təmisl olduğu Suriya Demokratik Güclərindən (SDG) və Dürzi kartlarından istifadə edərək Suriyanın cənubunda bufer zonalar yaratmaq cəhdləri də gündəmdədir. Bu strategiya Suriyanın ərazi bütövlüyünü zəiflətmək və mərkəzi hakimiyyəti parçalamaq məqsədi daşıyır. Bu isə Türkiyənin milli təhlükəsizlik maraqları ilə birbaşa ziddiyyət təşkil edir.

Yaxın Şərqdə formalaşan mənzərə onu göstərir ki, diplomatik səylərə baxmayaraq, regionda sülh çox kövrəkdir. Suriya üzərində gedən geosiyasi mübarizə, İsrail-Türkiyə gərginliyi, proksi qüvvələrin aktivləşməsi və böyük güclərin rəqabəti böhran riskini daha da artırır. Proseslərin bu istiqamətdə davam etməsi təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi nəticələr doğura bilər. Yaxın Şərq yeni və daha mürəkkəb qarşıdurma mərhələsinin astanasındadır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri