Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Ankara İrəvan normallaşması və Azərbaycan amili

Ankara İrəvan normallaşması və Azərbaycan amili

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə lideri son bəyanatı ilə nəyin mesajını verdi?

Prezident Rəcəb Tayyib Ərdoğan xarici ölkə səfirlərinin 16-cı konfransında çıxışı zamanı bildirib ki, Türkiyə Azərbaycanla əlaqələndirilmiş və davamlı dialoq vasitəsilə, Ermənistanla münasibətlərin normallaşması prosesini irəliyə aparır. Cənab Ərdoğan mövcud xüsusda digər fikirlər də səsləndirib və Ankaranın mövqeyinə ətraflı aydınlıq gətirib. Yazımız əsasən bu barədədir. Amma bəzi əlaqəli məqamlara da diqqət yetirəcəyik.

Əlbəttə, Türkiyə liderinin dediklərinin siyasi, diplomatik və geostrateji müstəvidə şərhi var. Siyasi-strateji məna yükü budur ki, Türkiyə Ermənistanla münasibətləri müstəqil xətt üzrə deyil, Azərbaycanla tam uzlaşdırılmış şəkildə aparır. Yəni Ankara üçün İrəvanla normallaşma Bakı ilə strateji müttəfiqliyin alternativi deyil, davamıdır. Açıq mesaja gəldikdə, aydındır ki, Türkiyə Ermənistanla Azərbaycanı nəzərə almadan heç bir ciddi addım atmayacaq.

Bəli, cənab Ərdoğanın “əlaqələndirilmiş və davamlı dialoq” məntiqi, faktiki olaraq, o deməkdir ki, Ankara-İrəvan normallaşması Ermənistan–Azərbaycan sülh prosesinə bağlanıb və Bakı bu prosesdə mərkəzi və həlledici aktordur. Üstəlik, Türkiyə Ermənistanla bağlı qərarlarını Azərbaycanın mövqeyi ilə sinxronlaşdırır. Bu, ölkəmizin, eyni zamanda, Ankara-İrəvan normallaşma prosesi üzərində de-fakto təsir və nəzarət imkanına malikliyidir.

Türkiyə liderinin fikirlərinin Ermənistana mesaj payı da aktualdır. Əgər Ermənistan Azərbaycanla sülhə gəlməsə, Bakının irəli sürdüyü əsas tələbi – Ermənistan konstitusiyasına dəyişiklik şərtini qəbul etməsə, onun Türkiyə ilə real normallaşması mümkünsüzdür. Halbuki, erməni iqtidarının təmsilçiləri əksini iddia edirlər. Onların fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının, konkret olaraq, sərhədlərin açılmasının Bakı-İrəvan sülhünə müsbət təsiri olacaq. Yəni ilk addımı Ankara atsın.

Əlbəttə, Ermənistan o səviyyədə və gücdə deyil ki, diktə etsin. Amma Ərdoğanın fikirlərinin İrəvanla bağlı başqa mesaj motivi də var ki, bu barədə sonda söz açacağıq. Hələlik isə vurğulayaq ki, Türkiyə Prezidenti açıqlaması ilə beynəlxalq ictimaiyyətə də mesaj verir. Başqa sözlə desək, Qərbə və regiondankənar aktorlara üz tutur.

Mesaj budur ki, birincisi, Türkiyə təkbaşına oyun qurmur, regional məsələlərdə Azərbaycanla vahid mövqedən çıxış edir, ikincisi, Cənubi Qafqazda normallaşma kənar təzyiqlərlə deyil, regional razılaşmalarla gerçəkləşməlidir. Bu, eyni zamanda, Türkiyənin vasitəçi yox, tərəfdaş-müttəfiq mövqeyini önə çıxarır.

Qeyd edək ki, qardaş ölkə liderinin açıqlamasında gizli diplomatik məna yükü də istisna deyil. Bu baxımdan onun “davamlı dialoq” ifadəsinə nəzər salaq. Ehtimal etmək olar ki, cənab Ərdoğan Ermənistanla normallaşmanın birdəfəlik siyasi jest formatını qəbul etmir. O, prosesin mərhələli, nəzarətli və geri dönən ola biləcəyinə eyham vurur. Yəni bu o deməkdir ki, Türkiyə istənilən mərhələdə prosesi dayandırmaq və ya ləngitmək ixtiyarını özündə saxlayır. Mövcud amil Ermənistan üçün təzyiq və şərtləndirmə mexanizmi rolunu oynayır və əslində, başqa cür mümkün deyil. Çünki otuz ilə yaxın işğalçılıq siyasəti həyata keçirmiş, üstəlik, bu siyasətdən öz xoşuna əl çəkməmiş bir ölkəyə etibar edilə, etimad göstərilə bilməz. Ermənistan siyasi və mənəvi reabilitasiyadan keçməli, inam qazanmalıdır.

* * *

Ərdoğanın açıqlamasının siyasi-diplomatik tərzdən uzaq kimi görünən tərəfi üzərində dayanaq. Məsələn, Türkiyə lideri uzun illər sabit sülhdən məhrum duruma düşmüş Cənubi Qafqazın hazırda tarixi mərhələdə olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasına heç vaxt indiki qədər yaxın olmayıblar. Mühüm məqamlardan biri də budur ki, cənab Ərdoğan Ankaranın gələn il Türkiyə-Ermənistan normallaşması ilə bağlı bəzi simvolik addımlar atacağının anonsunu verib.

Heç şübhəsiz, Türkiyə liderinin “simvolik addımlar” məntiqi hansısa strateji dönüşdən xəbər vermir. Məsələn, mümkündür ki, Ərdoğan ölkəsi ilə Ermənistanın sərhədlərinin tam yox, qismən açılmasını gündəmə gətirir. Daha dəqiq desək, söhbət yalnız üçüncü ölkə vətəndaşları üçün açılımdan gedir. Həmçinin diplomatik kanalların aktivləşdirilməsinə, texniki-logistik əlaqələrin bərpasına, Ankara ilə İrəvan arasında humanitar, mədəni və ya iqtisadi zəmində kiçik təşəbbüslərin reallaşacağına ümid bəsləmək olar.

Ərdoğanın “simvolik addımlar” mesajını Ermənistanı sülhə məcburetmə mexanizmi prizmasından dəyərləndirmək də mümkündür. Bu isə Bakıya mesajdır. Yəni Türkiyə Ermənistanla real, institusional normallaşmaya getmir. Amma bir məqamı nəzərə alaq. Məlumdur ki, beynəlxalq miqyasda Ankaradan regional lider gözləntiləri var. Axı Qərbin ayrı-ayrı dairələrinin təmsilçiləri açıqlamalarında Bakı-İrəvan sülhünün məhz Türkiyədən asılı olduğunu vurğulayırlar. Onların zaman-zaman Türkiyənin ədalətsiz sülhlə razılaşması üçün Azərbaycana təzyiq göstərəcəyi düşüncəsini daşıdıqlarından da xəbərdarıq.

Xarici aləmdə kimlərsə Bakının Ankaranın diktəsi ilə razılaşacağı qənaətindədirlər. Onlar Türkiyənin regional liderlik ampluasını məhz bu baxımdan yüksək tutduqlarını göstərirlər. Əlbəttə, gözləntilər özünü doğrultmayanda, bir qayda olaraq, dövriyyəyə qardaş ölkəyə qarşı ittihamlar girir. Söhbət qondarma “erməni soyqırımı”nın gündəmə gətirilməsindən gedir...

Belə bir durumda Türkiyə, bir növ, ortaq mövqe tuturmuş, balans yaradırmış kimi davranmalıdır. Yəni həm öz böyüklüyünü göstərib sülh tərəfdarı olduğunu nümayiş etdirməli, həm də prinsipiallığı qorumalıdır. Ona görə Ərdoğan hazırda Ankaranın Bakı-İrəvan sülhünə maneçilik törətmədiyi mesajını səsləndirir, ümumən, ölkəsinin regional barış tərəfdarı obrazını canlandırır, müəyyən mənada, beynəlxalq ictimaiyyətin nəbzini tutur.

* * *

Sonda cənab Ərdoğanın mesajının Ermənistanla bağlı növbəti tərəfindən söz açaq. Aydındır ki, Ermənistan–Azərbaycan sülh danışıqları həlledici mərhələyə yaxınlaşıb. Belə bir durumda Türkiyə Cənubi Qafqazda oyunqurucu statusunu möhkəmləndirmək istəyir. Erməni iqtidarından isə konkret nəticələr gözlənilir. İndiki durumda prosesi ləngidən Ermənistanda 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləridir.

Azərbaycan kimi, Türkiyə üçün də başlanılmış yolun davamı vacibdir. Davam baş nazir Nikol Paşinyan administrasiyasının hakimiyyətdə qalmasından keçir. Bunun üçün erməni xalqı Nikolu dəstəkləməlidir. Belə bir dəstəyin olması hay cəmiyyətinin rifahından asılıdır. Türkiyə ilə əlaqələrin normallaşması isə özündə, eyni zamanda, rifah seqmentini daşıyır. Deməli, Ərdoğanın Ermənistanla normallaşma xəttindən söz açması, üstəlik, gələn il üçün simvolik addınlar mesajını verməsi, həm də erməni xalqı üçün də ismarışdır. Bu ismarıc hay müxalifətinin Türkiyənin Ermənistanı təcriddə saxladığına dair təbliğatlarını heçə endirməyə hesablanıb.

Ən sonda onu da bildirək ki, Türkiyə Bakı-İrəvan sülhünün regional kommunikasiyaların açılması gündəmində maraqlıdır. O gündəm ki, orada Zəngəzur dəhlizi prioriteti var. Yəni Ankara üçün dəhliz məntiqi əsasdır və bu, dəfələrlə rəsmi şəkildə bəyan edilib. Deməli, Türkiyə-Ermənistan normallaşması, eyni zamanda, Zəngəzur dəhlizinin, böyük anlamda yanaşsaq, TRIPP marşrutunun işə düşməsindən asılıdır. Ümumiləşdirmə apararaq, belə qənaətə gəlmək mümkündür ki, cənab Ərdoğanın fikirləri Ankara-İrəvan normallaşmasının regional miqyaslı geosiyasi investisiya xarakterinin vurğulanmasıdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri