Icma.az
close
up
RU
Ankara Moskvaya görə taktikanı dəyişdi Ərdoğan Kiyev planını Bakı üçün işə salır?

Ankara Moskvaya görə taktikanı dəyişdi Ərdoğan Kiyev planını Bakı üçün işə salır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə Türkiyənin regional və beynəlxalq müstəvidə artan diplomatik fəallığı diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya  Prezidenti Vladimir Putini və Ukrayna Prezidenti Volodimir Zelenskini bir araya gətirməyə yönələn cəhdlər, Ankaranın vasitəçilik rolunu gücləndirən nümunələrdəndir.

Türkiyənin eyni fəallığı Azərbaycan–Rusiya münasibətlərindəki gərginlik fonunda niyə müşahidə olunmur?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, regionda müşahidə olunan proseslər, xüsusilə də Bakı-Moskva münasibətlərindəki gərginliklər, Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni reallıqların formalaşdığını bir daha təsdiqləmiş oldu:

“Heç şübhəsiz, belə bir şəraitdə Türkiyənin nümayiş etdirdiyi mövqe həm regional təhlükəsizlik baxımından, həm də Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər hər zaman “bir millət, iki dövlət” prinsipi əsasında formalaşıb və zamanla strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasındakı strateji tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirən ən mühüm addımlardan biridir.

Hər kəsə məlumdur ki, Türkiyə Azərbaycanın otuz ilə yaxın işğal altında qalmış torpaqlarının azad edilməsində və postmünaqişə dövründə ölkəmiz tərəfindən irəli sürülmüş sülh gündəliyinin reallaşdırılması istiqamətində apardığı diplomatik mübarizədə hər zaman ardıcıl və prinsipial dəstək nümayiş etdirmişdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, rəsmi Ankaranın Cənubi Qafqaz siyasətində Azərbaycanın əsas tərəfdaş statusuna malik olduğu istisnasız olaraq qeyd edilməlidir”.

Politoloq bildirib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq həyata keçirilsə də, son dövrlərdə münasibətlərdə kəskin ziddiyyətlər müşahidə olunmaqdadır:

“Xüsusilə də informasiya müstəvisində və diplomatik ritorikada Rusiya tərəfindən səsləndirilən əsassız və qərəzli bəyanatlar regional sabitlik üçün ciddi təhdidlər yaradır. Rəsmi Bakı isə bu yanaşmalara qarşı hər zaman beynəlxalq hüquqa əsaslanan, milli maraqları və suveren hüquqları qətiyyətlə müdafiə edən mövqedən yanaşmağa etdirməyə davam edir.

Bu məsələdə əsas narahatlıq doğuran məqamlardan biri də ondan ibarətdir ki, Rusiya hələ də regionda yaranmış yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməkdə çətinlik çəkir. Halbuki Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz və bu prinsip istənilən tərəfdaşla münasibətlərdə əsas prioritet kimi qəbul olunub”.

Həmçinin oxuyun:

Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…


Aytən Qurbanova 

Politoloqun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında şəxsi münasibətlər yüksək səviyyədədir:

“Bu münasibətlər indiyə qədər bir sıra regional məsələlərin həllinə müsbət təsir göstərib. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Türkiyənin vasitəçilik təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməkdədir.

Bununla yanaşı, Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginliklər fonunda Ankaranın rolu bir qədər fərqli təhlil edilməlidir. Belə ki, Türkiyə bir tərəfdən Azərbaycanla qardaşlıq münasibətlərinə sadiqliyini qoruyur, digər tərəfdən isə Rusiya ilə iqtisadi və strateji maraqları nəzərə almaq zərurətini də istisna etmir.

Ona görə də, rəsmi Ankara açıq vasitəçilikdən daha çox balanslaşdırıcı və sabitləşdirici güc qismində çıxış etməyə çalışır. Həmçinin Ərdoğanın son Xankəndi səfəri zamanı Azərbaycan–Rusiya münasibətlərinə toxunması və Prezident İlham Əliyevlə bu mövzuda mütəmadi məsləhətləşmələr aparması, rəsmi Ankaranın prosesə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər”.

A.Qurbanova əlavə edib ki, Azərbaycanın milli maraqları açıq və qətiyyətli şəkildə ifadə olunub:

“Ölkənin suverenliyi, sərhədlərinin toxunulmazlığı və regionda ədalətli sülhün təmin olunması kimi məsələlər heç bir halda müzakirə predmeti ola bilməz. Azərbaycan dövləti istər Rusiya ilə, istərsə də digər beynəlxalq tərəfdaşlarla münasibətlərində bu prinsiplərdən geri çəkilməyib və heç vaxt da çəkilməyəcək.

Ümumiyyətlə, Türkiyənin səssiz diplomatik təşəbbüsləri, Rusiya ilə apardığı təmaslar və Azərbaycana göstərdiyi birmənalı dəstək hər zaman olduğu kimi ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə töhfə verməyi hədəfləyir. Dövlətimizin əsas məqsədi isə strateji müttəfiqlərlə birgə əməkdaşlıq çərçivəsində regionda davamlı sülhün və sabitliyin təmin olunmasına nail olmaqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri