Icma.az
close
up
RU
Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi

Nazir qalmaqaldan sonra “Səhiyyə əlaçısı” medalını vermədi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanmışdı. Məlum olub ki, yaranmış narazılıqlardan sonra bu il “Səhiyyə əlaçısı” döş nişanı heç kimə təqdim edilməyib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bir qrup səhiyyə işçisi mükafatın paylanmasında hər il haqsızlıqlara yol verildiyini iddia edərək təltiflərdən narazı qalmışdı.

Ənənəyə görə, hər il iyunun 17-də – tibb işçilərinin peşə bayramı günü bir neçə səhiyyə əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilirdi. Lakin ötən il bu proses zamanı əsasnamə tələblərinin pozulduğu bildirilmişdi.

Belə ki, sonuncu dəfə – 2024-cü ildə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev və Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov bu döş nişanına layiq görülmüşdülər. Əsasnamənin birinci bəndinə əsasən, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunur. Həmçinin, bu mükafatla təltif edilənlərə maaşlarının üç misli qədər pul mükafatı verilir.

Məlum olub ki, Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sistemində çalışır. Onların fəaliyyət müddəti 10 ilə çatmadığından, bu təltif əsasnamənin tələblərinə zidd olub. Məhz bu narazılıqdan sonra səhiyyə naziri Teymur Musayev bu il fərqli qərar qəbul edib.

Belə ki, “Səhiyyə əlaçısı” döş nişanının kimlərə veriləcəyi ilə bağlı müzakirələr zamanı nazir qərara alıb ki, heç kim təltif edilməsin. Bununla da ilk dəfədir ki, tibb işçilərinin peşə bayramı ərəfəsində “Səhiyyə əlaçısı” döş nişanı təqdim olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri