Ankara qarışdı: Polis CHP binasına daxil oldu
Icma.az bildirir, Modern.az portalına istinadən.
Türkiyədə polis Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş Qərargah binasına müdaxilə edib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Regional Apellyasiya Məhkəməsinin CHP qurultayı ilə bağlı qərarından sonra polis binanın boşaldılması üçün saat 14:20-də qərargaha daxil olub.
Məlumata görə, binada olan partiya üzvlərinə qarşı bibər qazından və plastik güllələrdən istifadə edilib. Hadisə zamanı gərginlik yaşanıb.
CHP sədri Özgür Özel müdaxilə zamanı açıqlama verərək bildirib:
“Biz ata ocağındayıq, Cumhuriyet Halk Partiyasının Baş Qərargahındayıq. Bura Atatürkün əmanəti olan məkandır. Biz hücum altındayıq. Günahımız 47 ildən sonra partiyanı birinci partiya etməkdir.”
Xəbərdə qeyd olunur ki, seçilmiş rəhbərliyə qarşı açılan məhkəmə işi çərçivəsində məhkəmə tərəfindən CHP-nin sədri elan edilən Kemal Kılıçdaroğlu binanın boşaldılması üçün polisə iki ayrı müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 May 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















