Icma.az
close
up
RU
Ankara sammitinin əsas prioritetləri...

Ankara sammitinin əsas prioritetləri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Türkiyə NATO üzvləri arasında birliyi gücləndirməyə çalışır

İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə sayılı günlər qalır. Qeyd edək ki, sammit üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirəcək. Bu, alyansın 36-cı zirvəsi və 2004-cü ildə İstanbulda keçirilən sammitdən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci mötəbər tədbir olacaq.

Müharibələr, rəqəmsal transformasiya, süni intellektdən istifadə...

Artıq sammitin əsas prioritet hədəfləri açıqlanıb. Belə ki, Reuters agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində müzakirələrin əsas mövzusunun alyans üzvləri arasında birliyin daha da gücləndirilməsi olacağını bildirib. Ərdoğan deyib ki, Zirvə görüşündə əsas gözləntimiz müttəfiqlərin milli təhlükəsizlik maraqlarını qoruyan nəticələr əldə etmək və alyansın həmrəylik və birlik ruhunu gücləndirməkdir. O, müttəfiqlərin görüş zamanı İran, Ukrayna və Qəzza zolağındakı müharibələri də müzakirə edəcəklərini bildirib və əlavə edib ki, Ankara 40 ildən çoxdur davam edən Kürdüstan Fəhlə Partiyasının (PKK) üsyanına son qoymaq və Türkiyəni Avropa müdafiə planlarına inteqrasiya etmək səylərinə görə müttəfiqlərdən daha çox dəstək gözləyir. “Əgər üzləşdiyimiz çətinlikləri həll etmək istəyiriksə, balanslı və ədalətli yük bölgüsünü təmin edərkən müdafiə ticarətinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıyıq”, - deyə o əlavə edib. Prezident eyni zamanda Türkiyənin NATO-nun müdafiə xərcləri hədəflərinə töhfə verdiyini də açıqlayıb.

Qeyd edək ki, tədbirdə həmçinin NATO-nun rəqəmsal transformasiyası, müdafiə sahəsində süni intellektdən istifadə və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi məsələləri də müzakirə olunacaq. “Türkiye” qəzetinin yaydığı məlumata görə, müzakirələr zamanı Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək. Nəşr qeyd edir ki, alyans kritik kommunikasiya sistemlərinin qorunması, məlumat təhlükəsizliyinin gücləndirilməsi və strateji texnologiyaların idxaldan asılılığının azaldılması istiqamətində birgə layihələr hazırlayır.

Tədbirdə süni intellekt əsaslı müdafiə sistemlərinin inkişafı, kibertəhlükəsizlik, müdafiə sənayesində texnoloji əməkdaşlıq, eləcə də üzv ölkələrin rəqəmsal infrastrukturunun dayanıqlığının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Gündəlikdə Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alacaq. Bildirilir ki, tədbir çərçivəsində NATO ölkələri arasında silah istehsalı və tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş ayrıca müdafiə sənayesi forumu keçiriləcək.

Kaya Kallas: Avropa Ordusu yaranmayacaq...

Ankara sammiti Avropa İttifaqı üçün də mühüm bir gözləntidir. Vurğulayaq ki. son aylarda Alyans daxilində baş verən proseslərin tənzimlənməsi üçün bu görüş bir fürsətdir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sammit öncəsi Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib ki, Alyans əhəmiyyətli çətinliklərlə xarakterizə olunan bir dövrdən keçir və bu dövrdə müttəfiqlər arasında birlik hər zamankındən daha vacib hala gəlir. “Hər bir sammit tarixi adlanır, amma bu dəfə həqiqətən də belədir”, - deyə Kallas bildirib. Siyasətçinin sözlərinə görə, NATO-nun gündəliyindəki əsas məsələlər müdafiə istehsalının artırılması, alyansın çəkindirmə mövqeyinin gücləndirilməsi və Ukraynaya dəstəyin genişləndirilməsidir. Kallas ayrıca bir Avropa ordusu yaratmaq ideyasını rədd edərək, Aİ üzvlərinin artıq milli ordularının olduğunu və bu orduların da öz növbəsində daha geniş NATO müdafiə strukturunun bir hissəsi olduğunu izah edib. “Hər bir Aİ üzv dövlətinin Avropa rəhbərliyinə hesabat verəcək başqa bir ordu yaratması mümkün deyil”, - deyə o bildirib.

“Təhdidlər regional xarakter daşıyır, ona görə də cavab da regional olmalıdır”, - deyə Kallas əlavə edib və müdafiə investisiyalarının artırılmasına və Avropa ölkələri arasında daha sıx koordinasiyaya çağırıb. Kallasın sözlərinə görə, Aİ və NATO səylərin təkrarlanmasının qarşısını almaq üçün sıx əlaqə saxlayır və Şimali Atlantika Alyansı daxilində “Avropa komponenti”nin gücləndirilməsinə diqqət yetirirlər. Kallasın sözlərinə görə, alyans üzvləri birgə satınalma proqramları hazırlamalıdırlar, çünki bəzi resurslar ayrı-ayrı ölkələrin müstəqil şəkildə əldə etməsi üçün çox bahadır.

Avropadan etiraf: Türkiyə kimi ölkələrlə əlaqələr getdikcə daha vacib hala gəlir

Kallas xatırladıb ki, Türkiyənin NATO-da ikinci ən böyük ordusu və son dərəcə güclü müdafiə sənayesi var. O, Türkiyənin Avropa təhlükəsizliyinin və regional sabitliyin təmin edilməsində “çox, çox vacib rol” oynadığını vurğulayıb. O, Qafqazdakı inkişaflara və ümumi təhlükəsizlik vəziyyətinə toxunaraq deyib: “Əlbəttə ki, Türkiyə ilə danışıqlar aparmalıyıq”. Eyni zamanda, Kallas qeyd edib ki, Kipr məsələsi Ankara və Brüssel arasındakı münasibətlərdə vacib mövzu olaraq qalır. Bu baxımdan, diplomat BMT-nin Baş katibi Antonio Quterreşin tərəflər arasında dialoqun asanlaşdırılması səylərini dəstəklədiyini bildirib. “İnanıram ki, sülh yolu ilə həll bir çox məsələni həll edəcək”, - deyə o bildirib.

Kaja Kallas qeyd edib ki, beynəlxalq vəziyyət getdikcə mürəkkəbləşir, tərəfdaşlar arasında daha sıx əməkdaşlıq tələb olunur və Türkiyə kimi ölkələrlə əlaqələr getdikcə daha vacib hala gəlir. Aİ-nin baş diplomatı sonda bildirib ki, regionda sabitliyin təmin edilməsi Aİ ilə Türkiyə arasında davamlı dialoqu son dərəcə vacib edən amillərdən biridir.

Mark Rutte: Türkiyə Alyans üçün vacib ölkədir

NATO-nun Baş katibi Mark Rutte də sammit qabağı müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməli və sənaye istehsalını artırmalı olduqlarını bildirib. Baş katib, Türkiyəni təxminən 3 min müdafiə şirkətinə malik olan əsas mərkəz adlandırıb. O, genişlənən müdafiə sənayesi bazasına və artan texnoloji imkanlarına istinad edərək əlavə edib ki, Türkiyə Alyans üçün vacib ölkədir. Alyansın rəhbəri sammit ərəfəsində verdiyi bəyanatda vurğulayıb ki, NATO-nun bu sammiti ABŞ-dan həddindən artıq asılı olduğumuz əvvəlki tədbirdən fərqlidir. O, Ankarada keçiriləcək NATO sammitinin “təminat və icra zirvəsi” olacağını qeyd edərək bildirib ki, hərbi xərclər, Ukraynaya dəstək və müdafiə sənayesi istehsalı Alyansın əsas prioritetləridir.

Rutte müttəfiqlərin ötən il Haaqa şəhərində keçirilən NATO zirvə toplantısında, xüsusən də müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirmələrinin gözlənildiyini bildirib. O, Avropa müttəfiqlərinin və Kanadanın müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını və son iki ildə təxminən 250 milyard dollar əlavə vəsait ayrıldığını qeyd edib.

Rutte, həmçinin NATO-nun Ukraynaya dəstəyini davam etdirməli olduğunu və Alyansda müdafiə sənayesi istehsalının artırılmasının vacibliyini diqqətə çatdırıb: “Müdafiə sənayesi istehsalını həqiqətən artırmalıyıq, çünki bu, bizim çəkindirmə mexanizmimizin ayrılmaz hissəsidir. Təəssüf ki, istehsal müddətləri çox uzun olaraq qalır və irəliləyişlərə baxmayaraq, məhsuldarlıq kifayət qədər deyil”.

Rutte hər üç prioritet üzrə irəliləyiş əldə edildiyini deyib, lakin sammit zamanı bunlardan birinin dominant məsələ kimi ortaya çıxa biləcəyini bildirib: “Ümumiyyətlə, işlər yaxşılaşır, amma düşünürəm ki, bu üç prioritetdən biri ən mühüm olacaq. Sammitin açılışı günündə NATO Müdafiə Sənayesi Forumunda bu məsələnin əsas diqqət mərkəzində olacağı gözlənilir”.

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see299

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see293

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see268

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see260

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see250

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see236

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see203

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see197

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see195

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see188

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see178

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see177

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see174

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see173

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see173

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see170

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see160

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see159

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see158

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri