ABŞ Yaxın Şərqə 3 cü aviadaşıyıcı zərbə qrupu göndərdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisi Yaxın Şərqdəki ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.
Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Gəminin bölgəyə gəlməsi ilə İranın cənub-şərq istiqamətində ABŞ Hərbi Dəniz Qüvvələrinin üç aviadaşıyıcı zərbə qrupu yerləşdirilib.
“Axios” qeyd edir ki, bu, yeddi aydan artıqdır davam edən İranla müharibə fonunda ABŞ-ın bölgədə qeyri-adi dərəcədə böyük hərbi-dəniz qüvvəsi cəmləşdirdiyini göstərir.
Bölgəyə gələn üçüncü zərbə qrupuna aviadaşıyıcıdan başqa, “USS Chosin” raket kreyseri, “USS Paul Hamilton” və “USS Decatur” esminesləri, eləcə də “Seahawk” adlı orta ölçülü pilotsuz suüstü gəmi (MUSV) daxildir.
“Seahawk” radioelektron kəşfiyyat, suüstü və sualtı vəziyyətin müşahidəsi, həmçinin erkən xəbərdarlıq tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.
Hazırda İranın cənub-şərqində, Ərəbistan dənizi ərazisində “USS George Washington” və “USS George Bush” aviadaşıyıcıları döyüş növbətçiliyindədir. Onların hər birində 48 qırıcı təyyarə yerləşir.
Bu gəmilərlə yanaşı, İran yaxınlığında bir kreyser, 11 raket esminesi və “USS Miguel Keith” ekspedisiya dəniz bazası da mövcuddur.
Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2 esminesi Qırmızı dənizdə, daha 4-ü isə Aralıq dənizinin şərq hissəsində yerləşdirilib.
ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, “USS Theodore Roosevelt” aviadaşıyıcısının avqustun 19-dan Yaxın Şərqdə xidmət edən “USS George Washington” gəmisini əvəz edəcəyi ehtimal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Noyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















