Icma.az
close
up
RU
Ankara tələblərində israrlıdır: Ya verilmiş vəd, ya rədd

Ankara tələblərində israrlıdır: Ya verilmiş vəd, ya rədd

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzaladıqda, biz Ermənistanla münasibətləri normallaşdırmağa hazır olacağıq”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan belə deyib. “Əgər münasibətləri hazırkı mərhələdə normallaşdırsaq, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasının əsas səbəbini aradan qaldıracağıq. Beləliklə, biz bölgədə dondurulmuş münaqişə ehtimalı ilə qarşılaşırıq. Biz isə bunu istəmirik”, - deyə Hakan Fidan əlavə edib. 

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Vaşinqton razılaşmalarında iki məsələ müzakirə olunmur: biri Zəngəzur dəhlizi məsələsi, digəri isə Ermənistan Konstitusiyası ilə bağlı bəzi məsələlərdir.

O qeyd edib ki, bu məsələlər həll edildikdən və yekun razılaşma imzalandıqdan sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq.

Hakan Fidanın açıqlaması Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyü ilə bağlı rəsmi İrəvanın son səylərinə cavab hesab oluna bilər. 

Daha doğrusu, Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan qadağaları ləğv etməsindən sonra Baş nazir Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılacağına hesablanmış müəyyən mesajlar verib.

Nikol Paşinyan Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilməsinə cavab jesti edib. O, Türkiyə və Azərbaycan arasında yüklərin daşınması üçün Marqara-Yexiqnadzor (Keşişkənd) - Sisyan (Qarakilsə) - Gorus yolunu açmağa hazır olduğunu bildirib.

Əslində, Ermənistan hakimiyyətinin məqsədi Türkiyə ilə sərhəd-buraxılış məntəqələrini daha işlək vəziyyətə gətirmək və Azərbaycanla sülh müqaviləsi imzalanmadan sərhədlərin açılmasına nail olmaqdır.

Lakin Türkiyə tərəfindən səslənən son bəyanatlar Ankaranın Ermənistanın manipulyasiyaları qarşısında geri çəkilmədiyini və əvvəlki şərtlərin qüvvədə qaldığını göstərir. Ötən həftə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadır Halıkoğlu sərhədlərin Azərbaycanla Ermənistan arasında sülh prosesi başa çatdıqdan sonra açılacağını deyib.

Hakan Fidanın açıqlaması Türkiyənin sülh prosesi ilə bağlı şərtindən dönmədiyini təsdiq edir. Türkiyənin digər tələbi isə Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi ilə bağlıdır. Çünki Konstitusiyanın dəyişilməsi yalnız Azərbaycana qarşı ərazi iddiasına son qoyulmasını nəzərdə tutmur.

Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu sənədin 11-ci bəndində isə Türkiyənin altı vilayətinə ərazi iddilarını nəzərdə tutan “Qərbi Ermənistan” ifadəsi var.

Həmçinin qondarma erməni soyqırımının bütün dünyada tanıdılması məqsəd kimi qarşıya qoyulur. Eyni zamanda, Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri yer alıb.

Ankara Ermənistandan Türkiyəyə qarşı ərazi iddialarını və “soyqırım” məsələsini Konstitusiyadan çıxartmağı tələb edir. Əks təqdirdə, sərhədlərin açılması Ermənistan tərəfinin düşündüyü qədər asan olmayacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Hakan Fidan Azərbaycan və Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri