Icma.az
close
up
RU
“Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsi ilə tanış olsunlar” Hulusi Kılıç

“Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsi ilə tanış olsunlar” Hulusi Kılıç

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmayacaq. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı dezinformasiyalar yayaraq ictimai rəyi manipulyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur”.
Bizim.Media xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
 

Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədində nəzarət-keçid məntəqələrinin açılması ilə bağlı yalan xəbərlərin arxasında Türkiyə ilə Azərbaycan arasındakı birlikdən və sıx əməkdaşlıqdan narahat olan dairələr dayanır.


“Müəyyən media-strukturlarının guya Ankaranın Bakıya xəbər vermədən Ermənistanla sərhədi açması ilə bağlı yalan məlumatları Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək məqsədi daşıyır”, - deyən keçmiş səfir vurğulayıb ki, Türkiyə hakimiyyəti İrəvanla bağlı atılacaq hər hansı addımı Azərbaycanla sıx əlaqələndirir və bu məsələni müzakirə edir.
Hulusi Kılıç Türkiyə dövlət orqanlarının Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb.
“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi yalnız Azərbaycanla Ermənistan arasında sülh əldə edildikdən sonra bir nəticə verə bilər. Türkiyənin hakim orqanları bunu dəfələrlə bəyan edib”, - deyə H.Kılıç qeyd edib.
O, həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) Suriyaya humanitar yardımın çatdırılması üçün Əlican (Marqara) nəzarət-keçid məntəqəsinin müvəqqəti açılması ilə bağlı məlumatın mətninə istinad edib.
 

“DMM-in məlumatına görə, fevralın 24-də Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu Ermənistan hakimiyyətinin Suriyaya humanitar yardım göndərmək istəyi barədə məlumatlandırıb.


Fevral 26-da isə Ankarada olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrəvanın təşəbbüsü haqqında məlumatlandırılıb. Bütün bunlar Ankara ilə Bakı arasında fəaliyyətin koordinasiyasını bir daha təsdiqləyir”, - deyə “İMZA” İctimai Birliyinin nümayəndəsi qeyd edib.
H.Kılıç əmin olduğunu bildirib ki, heç kim iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmağa qadir deyil.
“Təklif edirəm ki, Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsinin mətni ilə bir daha tanış olsunlar”, - deyən Türkiyənin keçmiş səfiri fikirlərini yekunlaşdırıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see141

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see141

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see141

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see138

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see135

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see133

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see123

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see119

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see118

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see117

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see117

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see116

Samiraldo yenə gündəmdə Görünüşü və ifası izləyiciləri iki yerə böldü + VİDEO

13 Avqust 2025 17:35see115

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see115

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see114

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see114

“Ailəvi səbəblərə görə Bakıya qayıtmalı oldum” kapitan

13 Avqust 2025 11:57see113

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see113

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see111

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri