Icma.az
close
up
RU
Ankara və Ərbil ABŞ ilə İsrailin kürd planı nı necə alt üst etdi?

Ankara və Ərbil ABŞ ilə İsrailin kürd planı nı necə alt üst etdi?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bir həftə əvvəl İraq Kürdüstanının paytaxtı Ərbilin avtosalonlarında qeyri-adi canlanma müşahidə olunurdu.
Bizim.Media xəbər verir ki, İraq mediasının məlumatına görə, regionda məskunlaşan İran kürd qruplaşmalarının nümayəndələri kütləvi şəkildə pikap markalı avtomobillər satın alırdılar.
Avropa, Avstraliya və Kanadadakı tərəfdarlarına regiona gəlmək çağırışı edildikdən sonra İran sərhədi boyunca hərəkətlilik nəzərəçarpacaq dərəcədə artdı. Müxtəlif mənbələrə görə, kürd birləşmələrinə "yaşıl işıq" yandırıldıqdan sonra 72 saat ərzində hərəkətə keçməyə hazır olmaq barədə göstəriş verilmişdi.
Plan region üçün ənənəvi olan sxem üzrə qurulmuşdu: ABŞ və İsrail havadan zərbələr endirməli, kürd qruplaşmaları isə quruda silahlı üsyan qaldırmalı idi. Londonun "Asharq Al-Awsat" nəşrinin yazdığına görə, müharibədən əvvəl Vaşinqtonda keçirilən görüşdə İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampı Şimali İraqdakı kürd birləşmələrinin İranı zəiflətməkdə əsas rol oynaya biləcəyinə inandırmışdı.
 

Mənbələr Trampın bu ideyanı dəstəklədiyini və kürd qruplarına məhdud maliyyə yardımı ayırdığını bildirirdi. Nəzərdə tutulurdu ki, hava zərbələrindən dərhal sonra İranın qərbində, əsasən kürdlərin yaşadığı şəhərlərdə üsyanlar başlayacaq. Lakin müharibənin başlamasından bir neçə gün sonra Tramp bu planı ləğv etdi və kürd cəbhəsi açılmadı.


Yaxın Şərq analitiklərinin fikrincə, "kürd variantı" ilkin mərhələdən problemli idi. Regionun əsas oyunçuları bu məsələdə qətiyyət nümayiş etdirmirdilər. 2026-cı ilin əvvəlində ABŞ-ın Tehrana təzyiq strategiyasının bir hissəsi olaraq İran kürdlərinin silahlı qruplaşmaları ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi məlum olduqda, Türkiyə və İraq Kürdüstanı rəhbərliyi Vaşinqtona xəbərdarlıq edərək bu ssenariyə qarşı çıxdılar.
Ankara PKK-nın İran qanadı olan PJAK kimi qruplaşmaları birbaşa separatçı təhdid statusunda görürdü. Ərbildəki kürd rəhbərliyi isə qorxurdu ki, belə əməliyyatlara açıq dəstək verilməsi İranın sərt reaksiyasına səbəb ola bilər. Ankaranın tələbi ilə PJAK-ın plandan çıxarılması, layihəni faktiki olaraq əsas hərəkətverici qüvvədən məhrum etdi. Bundan sonra amerikalı rəsmilər yerdə qalan digər təşkilatların Tehrana real təhlükə yarada biləcəyinə şübhə etməyə başladılar.
Ankara və Ərbil "kürd ssenarisi"ni necə dayandırdı?
Martın 8-də ABŞ Prezidenti Donald Tramp "Air Force One" göyərtəsində jurnalistlərə bəyan etdi ki, kürd silahlı qruplaşmalarının İran sərhədini keçməsini istəmir, çünki bu, münaqişənin daha da gərginləşməsinə səbəb ola bilər. O, həmçinin kürdlərin "zərər çəkməsini və ya öldürülməsini" istəmədiyini əlavə etdi. Vaşinqtonun bu geri addımı, ilk növbədə Türkiyənin artan təzyiqlərinin nəticəsi idi.
Ankara öz sərhədləri yaxınlığında hər hansı silahlı kürd birləşməsinin iştirakını milli təhlükəsizliyə təhdid sayırdı.
Digər tərəfdən, Ərbil də İraq Kürdüstanının İrana qarşı plasdarma çevrilməsində maraqlı deyildi. Region uzun illərdir Tehranla sıx iqtisadi, siyasi və təhlükəsizlik əlaqələri saxlayır. İran isə ən kiçik təhlükə anında İraq Kürdüstanındakı hədəflərə zərbə vurmağa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Ərbilin İran kürdləri üçün bazaya çevrilməsi regionu böyük bir müharibəyə sürükləyə bilərdi. Nəticədə ABŞ və İsrailin kürd planı Ankara ilə Ərbilin ortaq təzyiqi qarşısında iflasa uğradı.
Kürdlər niyə bu planda yer almaq istəmədi?
Vaşinqtonun qətiyyətsizliyi ilə yanaşı, kürdlərin özlərinin də bu əməliyyatda iştirak etmək istəyinin olmaması mühüm rol oynadı. İranın kürd qrupları özlərini kiminsə "proksi (vəkil) qüvvəsi" kimi görmürdülər. Müharibə başladıqdan sonra PJAK pul və ya silah alması barədə xəbərləri təkzib etdi, digər təşkilatlar da oxşar ehtiyatlı bəyanatlar verdilər. Ekspertlər bunu tarixi təcrübə ilə əlaqələndirirlər: kürdlər dəfələrlə böyük dövlətlərin dəstəyinə güvənməyin etibarsız olduğunu acı təcrübələrlə sınaqdan keçiriblər.
 

Əlavə bir problem isə İran kürdlərinin daxili pərakəndəliyi idi. Onların siyasi arenası fərqli ideologiyalara və xarici əlaqələrə malik çoxsaylı partiyalardan ibarətdir. Münaqişənin ilk günlərində Tehrana qarşı PJAK və Kürdüstan Azadlıq Partiyasının (PAK) daxil olduğu bir koalisiyanın yaradıldığı elan olunsa da, Ankaranın təzyiqi ilə PJAK-ın kənarlaşdırılmasından sonra bu ittifaq real döyüş gücünü itirdi.


Hətta İrana bu koalisiyanın dözümlülüyünü yoxlamağa ehtiyac da qalmadı. Müharibənin ilk günlərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Şimali İraqdakı kürd silahlı qruplarının mövqelərinə pilotsuz təyyarələr və raketlərlə qabaqlayıcı zərbələr endirdi.
Bundan əlavə, İraq ərazisindən İrana sızmağa çalışan PKK üzvləri Türkiyə kəşfiyyatının xəbərdarlığından sonra Tehran tərəfindən zərərsizləşdirildi.
İranın "çoxmillətli kövrəkliyi" nəzəriyyəsi niyə yenidən uğursuz oldu?
Analitiklər qeyd edirlər ki, ABŞ və İsrailin "kürd variantı"nın iflası təkcə planın zəifliyini göstərmir. Onilliklərdir ki, İranın farslar, azərbaycanlılar, kürdlər, ərəblər və bəluclardan ibarət çoxmillətli strukturunun xaricdən asanlıqla parçalana biləcəyi ideyası müzakirə edilir.
Lakin bu "kövrəklikdən" istifadə etmək cəhdləri hər dəfə xəyal qırıqlığı ilə başa çatır. 2026-cı ilin baharında kürd amilinə edilən mərc bu nəzəriyyənin növbəti sınağı oldu və nəticə dəyişmədi.
Layihə yenə eyni maneələrlə qarşılaşdı: müxalifətin pərakəndəliyi, regional məhdudiyyətlər, separatçı potensialın həddindən artıq şişirdilməsi, dövlət aparatının sərtliyi və xarici təzyiq şəraitində hakimiyyət ətrafında konsolidasiya olmağa meylli olan cəmiyyətin reaksiyası. (Mənbə: Haqqin.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri