Icma.az
close
up
RU
Ankarada “Azərbaycan Evi” ziyarətçilərin böyük marağına səbəb OLDU

Ankarada “Azərbaycan Evi” ziyarətçilərin böyük marağına səbəb OLDU

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara şəhərində, Türkiyə Respublikası Prezident Administrasiyasının Beştəpə Millət Parkı ərazisində yaradılmış Türk Dövlətləri Mədəniyyət Parkındakı “Azərbaycan Evi” ziyarətçilər tərəfindən böyük qarşılanmaqdadır.

Redaktor.az xəbər verir ki, Türk dünyasının ortaq mədəni irsinin və dəyərlərinin təbliği məqsədilə yaradılmış Mədəniyyət Parkında türk dövlətlərinin hər birini təmsil edən milli çadırlar – Milli Evlər qurulmuş, onların qarşısında isə müvafiq ölkələrin mədəni irsini əks etdirən abidələr ucaldılmışdır.

Park ərazisində “Azərbaycan Evi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi əsasında, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə inşa edilmişdir.

“Azərbaycan Evi” XII əsrin dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsinə və anadan olmasının 900 illik yubileyinə həsr edilərək, onun memarlıq şah əsərlərindən biri olan Möminə xatun türbəsinin üslubu, naxışları və zərif bəzək elementləri əsasında səkkizguşəli ulduz formasında inşa edilmişdir.

Azərbaycan Evinin daxilində yaradılmış səkkiz məlumat guşəsinin hər biri ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, eləcə də Qobustan, Şuşa və s. mədəni dəyərlərimiz yer almışdır. Elektron ekranlar və xüsusi rəqəmsal proqramlar vasitəsilə Azərbaycanın xəritəsi üzərində tarixi abidələrimiz, habelə milli musiqimiz və mədəni irsimiz haqqında interaktiv təqdimatlar nümayiş etdirilir.
Azərbaycan Evinin diqqətçəkən elementlərindən biri də Azərbaycanın və bütövlükdə Türk dünyasının zəngin musiqi irsini təcəssüm etdirən milli musiqi alətlərindən ibarət instalyasiyadır. Bu kompozisiya ziyarətçilərə ortaq musiqi və mədəni dəyərlərimizi vizual-estetik formada təqdim edərək xüsusi maraq doğurur.

Azərbaycan Evinin qarşısında ucaldılmış “Sonsuzluğun Simfoniyası” adlı monumental kompozisiya da məkanın bədii-estetik bütövlüyünü tamamlayır. Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevin müəllifi olduğu əsər zəngin mədəni irsimizi, milli kimliyimizi, və tarixi yaddaşımızın əbədiliyini simvolizə edir. Buta, alov, Xəzər dalğaları və DNT-nin qoşa spiralından ilhamlanan formaları özündə birləşdirən kompozisiya keçmişlə gələcək, Şərqlə Qərb arasında mənəvi və mədəni körpü ideyasını ifadə edir.
“Azərbaycan Evi” Ankara sakinlərinin və şəhərin qonaqlarının ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olması üçün mühüm tanıtım məkanına çevrilmişdir.

Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Həftəsonu – Bazar günü” layihəsi çərçivəsində müxtəlif universitetlərin, tələbə və gənclər təşkilatlarının, eləcə də könüllü qruplarının iştirakı ilə burada mütəmadi olaraq tanıtım proqramları, mədəni tədbirlər, görüşlər və ekskursiyalar təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri