“Məni vursalar, sizin də axırınız çatacaq” Tramp
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İranın pilotsuz uçuş aparatları (PUA) ilə ona qarşı mümkün hücumu barədə suala zarafatla cavab verib.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Ağ Ev qarşısında keçirilən brifinqdə jurnalistlərdən biri Trampdan mümkün hücumla bağlı narahat olub-olmadığını soruşub.
“Mən sizə görə narahatam. Çünki onlar məni vursalar, sizin də axırınız çatacaq”, – deyə ABŞ lideri zarafatla bildirib.
Qeyd edək ki, “Israel Hayom” qəzetinin məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidməti İranın Trampa və digər amerikalı rəsmilərə qarşı sui-qəsd hazırladığı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) xəbərdar edib. İddia olunur ki, Tehran bu məqsədlə partlayıcı maddələrlə təchiz edilmiş PUA-lardan istifadə edə bilər.
Məlumata əsasən, ABŞ-nin maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset mühafizə olunan obyektlərə yerləşdirilib. Trampın ictimai çıxışlarına da məhdudiyyətlər tətbiq edildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















