Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Ankaradan telefon zəngi: Ərdoğan İlham Əliyev danışığından çıxan siyasi nəticələr

Ankaradan telefon zəngi: Ərdoğan İlham Əliyev danışığından çıxan siyasi nəticələr

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasındakı münasibətlər baxımından mühüm siyasi hadisə oldu. Dövlət başçıları ikitərəfli əməkdaşlığı, regional və qlobal məsələləri müzakirə etdilər. Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırdı, İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etdi. Hər iki lider qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Bu telefon danışığı təkcə diplomatik protokol hadisəsi deyil, son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış informasiya gərginliyi fonunda xüsusi siyasi məna daşıyan təmas kimi qiymətləndirilə bilər.

Liderlər arasındakı etimad münasibətlərin əsas təminatıdır

Olduqca müsbət ruhda keçən telefon danışığı bir daha göstərdi ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış şəxsi etimad, qarşılıqlı hörmət və siyasi həmrəylik Azərbaycan-Türkiyə dostluğunun strateji xarakterini müəyyən edən əsas amillərdəndir.

İki liderin siyasi iradəsi sayəsində münasibətlər ənənəvi dostluq çərçivəsini aşaraq hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi ilə təsbit olunan bu münasibətlər regional təhlükəsizlik, enerji, nəqliyyat və türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin liderlər səviyyəsindəki qarşılıqlı etimadın siyasi və ictimai müstəvidə eyni həssaslıqla qorunması da vacibdir. Xüsusilə qardaş ölkələr arasında münasibətləri zədələyə biləcək informasiya kampaniyalarına vaxtında və prinsipial münasibət bildirilməsi strateji tərəfdaşlığın tələblərindəndir.

Gecikmiş zəng və vaxtında verilməyən reaksiya

Təəssüf ki, bu telefon danışığı Türkiyədə Azərbaycana qarşı aparılan çirkin informasiya kampaniyasının artıq müəyyən müddət davam etməsindən sonra baş tutdu. Son günlər Azərbaycanın məktəbli forması ilə bağlı daxili qərarlarının Türkiyədə bəzi siyasi və ictimai dairələr tərəfindən təhrif edilərək təqdim olunması, ölkəmizin suveren hüquqlarının hədəfə alınması ciddi narahatlıq doğururdu.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daxili qanunvericiliyi əsasında qəbul etdiyi qərarlar başqa dövlətlərdə siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Bu prinsip xüsusilə strateji müttəfiqlər arasında qarşılıqlı hörmətin əsas şərtlərindən biridir.

Türkiyədəki bəzi radikal dairələrin Azərbaycan əleyhinə ritorikasının vaxtında qarşısının alınmaması təəssüf doğurur. Ankara tərəfindən daha erkən və aydın siyasi mövqenin ifadə olunması həmin kampaniyanın genişlənməsinin qarşısını almağa, ikitərəfli münasibətlərə zərər vurmaq istəyən qüvvələrin imkanlarını məhdudlaşdırmağa xidmət edə bilərdi.

Əlbəttə, ayrı-ayrı siyasi qrupların, şəxslərin və media platformalarının mövqeyini bütövlükdə Türkiyə dövlətinin siyasəti ilə eyniləşdirmək doğru olmaz. Bununla belə, belə həssas məsələlərdə rəsmi dairələrin vaxtında verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır.

Strateji müttəfiqliyin qorunması ortaq məsuliyyətdir

Əliyev-Ərdoğan telefon danışığının ən mühüm siyasi nəticəsi iki ölkə rəhbərliyinin münasibətlərin inkişafında maraqlı olduğunu növbəti dəfə nümayiş etdirməsidir. Bu, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ayrı-ayrı dairələrin yaratdığı süni gərginlikdən daha güclü olduğunu göstərir.

Bununla yanaşı, baş verənlər müəyyən nəticələr çıxarılmasını zəruri edir. Qardaşlıq münasibətləri yalnız yüksək səviyyəli bəyanatlarla deyil, qarşılıqlı siyasi həssaslıq, suverenliyə hörmət və informasiya təxribatlarına prinsipial münasibətlə möhkəmlənir.

Oktyabrın 21-dəki telefon danışığı müsbət siyasi mesaj olmaqla yanaşı, vaxtında atılmayan addımların əhəmiyyətini də xatırlatdı. Əsas məsələ bundan sonra oxşar halların təkrarlanmaması üçün müvafiq siyasi və diplomatik mexanizmlərin daha səmərəli işləməsidir.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı etimad Azərbaycan-Türkiyə müttəfiqliyinin ən güclü dayaqlarından biri olaraq qalır. Lakin bu etimadın yaratdığı strateji münasibətlərə xələl gətirə biləcək kampaniyalara qarşı vaxtında reaksiya verilməsi də eyni dərəcədə vacibdir. Qardaşlığın gücü yalnız böhranlardan sonra nümayiş etdirilən həmrəylikdə deyil, həmin böhranların yaranmasının qarşısını almaq bacarığında özünü göstərməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri